“Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti nümayiş olunacaq

Aprelin 11 və 12-də Heydər Əliyev Sarayında Azərbaycan və Rusiyanın Xalq rəssamı Tahir Salahovun yubileyi münasibəti ilə, Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti nümayiş ediləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilati dəstəyi ilə səhnələşdirilən baletin musiqisi dahi bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirova, səhnə tərtibatı dünyaca məşhur görkəmli rəssam, SSRİ-nin Xalq rəssamı Tahir Salahova məxsusdu.
İki pərdəli baletdə “Kreml baleti” teatrının solistləri əməkdar artistlər və bir çox beynəlxalq müsabiqələr lauretları iştirak edəcəklər. Uzun illərdir dünya teatrlarının səhnəsində böyük uğurla nümayiş etdirilən baletin xoreoqraf-quruluşçusu teatrın bədii rəhbəri Rusiyanın xalq artisti Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır.
Qeyd edək ki, Rusiyanın xalq artisti, Dövlət mükafatı laureatı Andrey Petrovun 1990-cı ildə yaratdığı bu kollektivdə Rusiya baletinin bir çox istedadlı və tanınmış sənətçiləri, müxtəlif beynəlxalq müsabiqə və festivalların laureatları, balet ulduzları çalışırlar.
Saat 19:00-da başlayacaq tamaşanın biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 20 – 120 manat təşkil edir.
Əlaqə telefonu: (012) 441-21-31

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: