Azərbaycan boksunun əfsanələri “Krid-2” filminin qapalı nümayişində

Yanvarın 8-də “Park Cinema Park Bulvar” kinoteatrında əfsanəvi Rokki Balboa (Silvestr Stallone) və onun yetirməsi Adonis Krid (Maykl B. Cordan) haqqında rejissor Stiven Keyplin “Krid-2” filminin qapalı premyerası keçirildi.

Sabahdan etibarən “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanacaq filmin süjetinin “Rokki-4” filminin süjeti ilə əlaqəsi var. Həmin filmdə Stallonenin personajı sovet boksçusu İvan Draqoya (Dolf Lundqren) qarşı döyüşürdü. Onların qarşıdurması artıq daha yüksək səviyyəyə çatıb. Belə ki, bir neçə il bundan öncə Kridin atasını rinqdə öldürən Draqo Balboanın yetirməsi olan Adonis Kridə qarşı öz yetirməsi və oğlu Viktoru çıxarır.

“Krid-2” filmində digər rollarda Filisiya Raşad, Andre Uord, Vud Harris, Briqqita Nilsen, Maylo Ventimilya, o cümlədən dünya boksunun əfsanələri – Evander Holifild, Roy Cons, Şuqar Rey Leonard da çəkilib.

“Park Cinema Park Bulvar”da keçirilmiş premyeraya Azərbaycan boksunun tanınmış simaları, ölkəmizin boks üzrə ilk dünya çempionu Ağası Məmmədov və Azərbaycanı peşəkar rinqdə uğurla təmsil edən Əli İsmayılov buyurub. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova və ölkənin aparıcı idman jurnalistləri də tədbirdə iştirak ediblər.

“Azərbaycan idmanının əfsanələrinin tədbirimizdə iştirakı bizim üçün çox önəmli idi. Dəvətimizi qəbul etdikləri üçün onlara minnətdarlığımızı bildiririk. Filmə gəlincə, bu film “must-watch” kateqoriyasına aiddir. Əminəm ki, tamaşaçılar ondan həzz alacaqlar” – deyə, “Park Cinema”nın piar meneceri Rüstəm Fətəliyev bildirib.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: