Kulinariyanın sirlərini peşəkarlardan öyrənin

Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illiyi ilə bağlı ölkəmizin aparıcı peşə məktəblərində müasir beynəlxalq qaydalara uyğun Azərbaycan xörəklərinin süfrəyə verilməsi qaydaları, Ümumdünya Kulinariya Təşkilatı birliyinin təhsil komitəsinin işinin tələblərinə uyğun gənc kadrların hazırlanması məqsədi ilə 10 günlük usta siniflərinin keçirilməsi planlaşdırılır.
Usta sinifləri 01.11.2016-15.11.2016 tarixlərdə Azərbaycan Milli Kulinariya Assosasiyasının üzvləri tərəfindən keçiriləcək. Usta sinifləri Beynəlxalq tədbirlərdə iştirak etmiş və usta aşpaz dərəcəsinə malik ustalarımız keçirəcək. Eyni zamanda AMKA- nın rəhbərliyi və magistr dərəcəsinə malik qida mühəndis texnoloqları tərəfindən mühazirələr oxunacaq.
Usta sinifləri aşağıdakı peşə məktəblərinin tələbə və müəllimləri üçün keçiriləcək:
12 nömrəli Bakı Peşə Liseyi
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küç. 4 (012) 425-52-39
5 nömrəli Bakı Peşə Liseyi
Bakı şəhəri, Xətai rayonu, Məshəti küç. 3 (012) 374-17-16
18 nömrəli Bakı Peşə Liseyi
Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A (012) 561-34-89
Bakı Turizm Peşə Məktəbi
Bakı, Binəqədi rayonu, Cəfər Xəndan, 17. (+994 12) 561-97-87, (+994 12) 561-79-52

14610971_1272248846149810_336008067422380812_nFrame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: