CinemaTəqdimatƏyləncə

Kventin Tarantino “Ən yaxşı ssenari” nominasiyası üzrə “Qızıl qlobus” mükafatı alıb

Amerikalı rejissor Kventin Tarantino “Bir dəfə Hollivudda” filminə görə “Ən yaxşı ssenari” nominasiyası üzrə “Qızıl qlobus” mükafatı alıb.

Frame.az TASS agentliyinə istinadən xəbər verir ki, 77-ci mükafatlandırma mərasimi Beverli Hillsdə (Kaliforniya) keçirilib.

Filmdə hadisələr 1969-cu ilin yayında cərəyan edir. Məşhur bir serialda oynayan kişi aktyor film sektoruna girmək istəyir. Aktyorun yaxın dostu və dublyoru da eyni niyyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun müridləri tərəfindən qorxunc şəkildə öldürülməsidir.

Tarantinonun doqquzuncu filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Burada Leonardo di Kaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.

Qeyd edək ki, Bred Pitt bu filmdə “bədii filmlərdə ən yaxşı ikinci dərəcəli kişi rolu” mükafatını qazanıb. Onunla bərabər bu kateqoriyadakı mükafat uğrunda Tom Henks (A Beautiful Day in the Neighborhood), Co Peşi (İrlandiyalı), Entoni Hopkins (İki ata) və Al Paçino (İrlandiyalı) mübarizəyə qoşulublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!