Faydamız OlsunGözəllikMake-up

Ləkələrlə mübarizə üsulları

Dəri ləkələri ilə mübarizə aparmazdan əvvəl onun yaranma səbəblərini öyrənməlisiniz. Dəri ləkələrininin səbəbi günəş işıqlarına çox məruz qaldığı və keyfiyyətsiz kosmetik məhsullardan istifadə zamanı baş verir. Güzgüdə dərinin necə yaşlandığına baxıb ağlamaq və üzünüzdə xoşagəlməz ləkələr görmək istəmirsinizsə, aşağıdakı qaydalara əməl edin.

Dəri qadınların və kişilərin ən dəyərli və həssas geyimidir. Günəş şüalarına məruz qaldığı və ucuz kosmetik məhsullar dərinin yaşlamasını sürətləndirir.

Günəş şüalarının mənfi zərərləri: Günəş qoruma kremləri çəkilmədiyi ya da dəriyə qulluq edilmədiyi zaman dəriyə ləkələr düşür. Bunun qarşısını almaq üçün xüsusən də yaz ayları girdiyi zaman dərini günəşdən qoruyan yüksək keyfiyyətli kremlər çəkmək mütləqdir.

Gözəlliyinizə gözəlik qatan kosmetik vasitlərdən yararlanan zaman keyfiyyətinə, saxlama müddətinə və tərkibinə fikir verir. Əks halda, dəriyə təsir edərək məsamələri doldurur və ləkə yaranır. Xüsusən də tonal krem və kirşan çəkərkən diqqətli olun. 

Ləkələrə qarşı dəri təmizliyi
  — Dəridəki ləkələri təmizləmədən ən təsirli vasitələrdən biri səhər və axşam, ləkələr üçün hazırlanmış sabun, gel və köpüklərlə dərini təmizləyin.
Dərinin üzərindəki ölü hüceyrələri təmizləyən və yeni hüceyrələrin yaranmasını təmin edən təmizləciyi məhsullar dərinin yenilənməsinə kömək edir. Dəriyə təmizləyici məhsullar alarkən tərkibində dəniz yosunu, E və C vitaminləri, antioksidant maddələrin olmasına diqqət edin.

Ləkələrə baxım serumları istifadə edin  — C vitamini dəridəki hüceyrələri yeniləyərək daha canlı və təravətli olmasını təmin edir. Tərkibində C vitamini olan serumlar  dərinin yumşaq və parlaq görünməsini təmin edir. Dəri ləkələrinə qarşı kremlər davamlı olaraq istifadə edildiyi zaman ləkələrin azalması müşahidə edilir. Beləcə xəyalındakı dəriyə sahib olacaqsınız.

Dəri ləkələrinə qarşı korrektor xilasedici ola bilər  — Dəridəki ləkələri yox etmək üçün gündəlik makiyajda korrektorlardan istifadə edə bilərsiniz. Qadınların xilaskarı korrektorlar ləkələri gizlətməklə yanaşı, nəmləndirici təsirə malikdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!