La Parfumerie mağazasında şopinq indi daha sərfəli oldu

Məşhur La Parfumerie mağazası da Bakı Şopinq Festivalına qoşulan brend mağazalar sırasında öz yerini aldı. Festival münasibətilə mağazada alıcılar üçün xüsusi güzəşt kampaniyası başlandı. Bu gündən etibarən Bakı şəhəri, Nəzimi rayonu, Nizami küçəsi, 83 ünvanında yerləşən La Parfumerie mağazası böyük endirimlərə start verildi.

Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 50%-dək endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

La Parfumerie mağazasında bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər!

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/  linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyunca iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin! Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: