EventsMusiqiTəqdimat

Lalə Məmmədovanın “Nəğməkar qız” adlı konserti keçiriləcək

23 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının “Mədəniyyət” Kanalı və Beynəıxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində respublikanın əməkdar artisti Lalə Məmmədovanın “Nəğməkar qız” adlı konserti keçiriləcək.

Konsertdə ifaçını əməkdar artist Tariyel Abbasovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edəcək.

Gecədə uzun illər dillər əzbəri olmuş, ötən illərin mahnıları ilə yanaşı, ifaçının repertuarında səslənib sevilən mahnılar ifa olunacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!