“Layihə Universiteti” kursları davam edir

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsi çərçivəsində 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin tələbələrinə “Layihə Universiteti” kurslarının təlim edilməsinə başladı.

Tədbiri giriş sözü ilə Mərkəzin drektoru Rahilə xanım Həsrətova açaraq İstedadlı Əlillər İctimai Birliyinin Mərkəzdə təşkil etdiyi kursların gənc iştrakçılar üçün əhəmiyyətindən danışdı.

Sonra İstedadlı Əlillər İctimai Birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov layihə haqqında geniş məlumat verərək qeyd etdiki, “Bu mərkəzdə təşkil etdiyimiz xarici dil kursları və “Layihə Universiteti”-nin təlim edilməsi iştrakçılarin gələcəkdə əmək fəaliyyəti ilə məşğul olmalarına zəmin yaradacaq, öyrəndikləri nəinki iştrakçıların özləri üçün, eyni zamanda cəmiyyət üçün faydalı olacaq.

Gənc iştrakçılar fikir və ideyalarını layihələr şəkilində həyata keçirilməsinin qaydalarını öyrənəcəklər. Qeyd edim ki, təşkil olunan kurslar iştrakçılara ödənişsiz olaraq təlim ediləcək”…

Çıxışlardan sonra iştrakçıları maraqlandıran suallar təşkilatçılar tərəfindən cavablandırıldı. Tədbirin sonunda İstedadlı Əlillər İctimai Birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəhbərliyinə təşkilatı dəstəyə görə təşəkürünü ifadə etdi. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: