Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Noyabrın 13-də  Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert xalq artisti, unudulmaz xanəndə Baba Mahmudoğlunun yaradıcılığına  həsr olunmuşdu.
     Tədbir “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
   Konsertdə  xalq artistləri Səkinə İsmayılova -“Əlində sazın qurbanı”, Teyyub Aslan – “Üç telli durna”,  əməkdar artist Arzu Əliyeva- “Ürəklərdə qalaydı”, Azərbaycan Televiziyası və Radiosunun solistləri -Sədəf Budaqova- “Yar şirindir keçilməz”, Rəvanə Əmiraslanlı- “Ceyran bala”, Nurlan Namazov- “Aman tello”, Ayşən Mehdiyeva- “Azərbaycan maralı”, Pərviz Qasımov -“Yalvara-yalvara”   mahnılarını ifa ediblər.
     İfaçıları  xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
     Konsertin son nömrəsi-“İrəvanda xal qalmadı” mahnısı Rəvanə Əmiraslanlı və Pərviz Qasımovun  ifasında səsləndi.
    Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.
    Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.
Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli və etnik musiqinin təbliği və inkişafı  istiqamətində tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
  Noyabrın 15-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi çərçivəsində keçirilən tədbirdə  dahi Məhəmməd Fizulinin qəzəlləri səslənəcək. Konsertdə xanəndələr-Almaxanım Əhmədli, Hüseyn Məlikov və Məmməd Nəcəfovun ifasında muğamlardan parçalar və təsniflər ifa ediləcək.

Giriş sərbəstdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: