EventsMusiqiMədəniyyət

“Vətənimdir Azərbaycan” adlı möhtəşəm layihə davam edir

Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzi  və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının “Vətənimdir Azərbaycan” adlı birgə layihəsi çərçivəsində iyunun 10-da Dövlət Akademik Opera və Balet Teatrının solisti,tanınmış xanəndə Elnur Zeynalovun solo konserti keçiriləcək.Elnur Zeynalov muğam və xalq mahnılarının gözəl ifaçısı olmaqla bərabər Opera Balet Teatrının səhnəsində Məcnun,Kərəm,Aşıq Qərib kimi obrazları da məharətlə yaradır.
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarının və onların əsasında yaranmış xalq mahnılarının geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir. Onlardan “Muğamat var olan yerdə”,”Muğam axşamları”,”Unudulmayanlar” kimi layihələri göstərmək olar.”Vətənimdir Azərbaycan” layihəsi də onlardan biridir.
Konsertdə Elnur Zeynalov  xalq mahnıları,təsniflər, klassik Azərbaycan bəstəkarlarının mahnılarını və Səbinə Ərəbli,Ayşən Mehdiyeva ilə duetlər  ifa edəcək.
Xanəndəni tarda Sənan Əliyev,kamançada Anar Yusub,nağarada Xəyal Abbasov,qanunda Samirə Əliyeva,zərb alətində Elvin Həmidov,elektro-pianinoda Vüsal Hüseynov müşayiət edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!