“Hər ağac bir nəfəsdir” adlı layihə reallaşdırılıb

01, 04, 05 fevral 2019-cu il tarixlərində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Hər ağac bir nəfəsdir” adlı layihə reallaşdırılıb. Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan layihənin əsas məqsədi gənclərin ekoloji maarifləndirilməsi yönündə həyata keçirilən dövlət siyasətinə gənclər olaraq dəstək vermək, bu istiqamətdə səmərəli fəaliyyətini stimullaşdırmaq və gənclərin mövcud problemlər haqqında müəyyən məlumatlara sahib olmasını, bizi əhatə edən aləmin qorunmasında yaxından iştirak etməsindən  ibarətdir.

01.02.2019-cu il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən açılış mərasimində tədbiri giriş sözü ilə açan layihə rəhbəri Yeganə Əsgərli öz nitqində Azərbaycan Respublikası Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb. Növbəti çıxış üçün söz YAP  Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nigar Məmmədovaya verilib. O, layihə rəhbərini təbrik edib və bu kimi layihələrin gənclər üçün önəmini vurğulayıb.

Çıxışlardan sonra ekoloji mövzuda ilk təlim keçirilib. Tədbirin sonunda hər bir iştirakçıya sertifikatlar təqdim olunaraq, xatirə şəkli çəkdirilib.

04.02.2019-cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Gənclər Fondunun maliyyə və YAP  Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilati dəstəyi ilə “Hər ağac bir nəfəsdir” layihəsinin növbəti tədbiri keçirilib. Tədbirdə UNEC professor heyəti, UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin Tələbə Elmi Cəmiyyətinin üzvləri (TEC) və İqtisadiyyat fakültəsinin rəhbərliyi, UNEC-in tələbə təşkilatlarının rəhbərləri və təşkilat fəalları iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin Qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli UNEC-in doktorantı Yeganə Əsgərlini Azərbaycan Gənclər Fondunun “Hər ağac bir nəfəsdir” layihəsi ilə qrant müsabiqəsinin qalibi olması münasibətilə təbrik edib və təlimin Qiyabi təhsil şöbəsinin Ekologiya ixtisası üzrə tələbələri  üçün təşkilini yüksək dəyərləndirib. Yalçın Köçərli ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi kimi ümumbəşəri problemlər haqqında məlumat verib. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanmasının ekoloji təhlükəsiz və iqtisadi baxımdan davamlı inkişafın formalaşdırılması hesabına mümkün olması təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycan Gənclər Fondunun XI qrantının qalibi, “Hər ağac bir nəfəsdir” layihəsinin rəhbəri, UNEC-in doktorantı Əsgərli Yeganə öz çıxışında Azərbaycan Gənclər Fonduna maliyyə dəstəyinə, UNEC rəhbərliyinə təşkilati dəstəyinə görə öz təşəkkürünü bildirib. Öz çıxışında layihə rəhbəribir vətəndaş kimi ekologiyanı və ətraf mühiti qorumaq hər birimizin borcu olduğunu söyləyərək, hal-hazırda müasir dövrümüzdə ekologiya ilə bağlı bir çox problemlər mövcudluğundan danışdı. Daha sonra “Hər ağac bir nəfəsdir”adlı layihəsinin əsas məqsədibizi, sizi və sizin qisminizdə hər bir gəncin maarifləndirilməsinə və ekologiyamıza daha duyarlı olmağa çağırmaqdan ibarət olduğunu vurğulayaraq, hər kəsi öz həyatına və yaxınlarının həyatına biganə qalmamağa çağırıb. Unutmayaq ki, HƏR AĞAC BİR NƏFƏSDİR deyə Yeganə Əsgərli öz çıxışını yekunlaşdırıb.

Layihənin davamında müvafiq mövzuda təlim keçirilib. Təlimdən sonra layihə iştirakçılarına sertifikatlar təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.

05.02.2019-cu il tarixində “Hər ağac bir nəfəsdir” layihəsi çərçivəsində növbəti təlim keçirilib və layihənin bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunuraq, xatirə şəkli çəkdirilib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: