Lazanya Beşamel souslu

Tərkibi 4 nəfər üçün.

Bolonez

200q soğan
2 diş sarımsaq
Yerkökü rəndələnmiş 100q
Kərəviz 150q
1 böyük boşqab soyulmuş pomidor (800 g)
4 yemək qaşığı zeytun yağı
10g yağ
500 qarışıq çəkilmiş ət
Duz
Bibər
1 çay qaşığı tomat pastası
200 ml qırmızı şərab
1 dəfnə yarpağı

Beşamel sousu.

Kərə yağı 50q
50q un
700ml süd
Duz
100g İtalian sərt pendiri, (Məsələn, Grana Padano)
125 Mozzarella
12 Lasagna plitələr

Bundan əlavə
yağ- bişirmə qabının üzərinə sürtmək üçün

Zaman 1 saat 40 dəqiqə
+ bişirilmə vaxt 2 saat 10 dəqiqə

Enerji dəyəri

Adam başına
1016 kkal
52 g protein
62 g yağ
58 g karbohidratlar

Hazırlanması

1 Balonez üçün soğan çox narın doğranılır. Sarımsaqlar bıçağın yan hissəsi ilə əzilir . Yerkökləri təmiz yuyulur, soyulur və xırdalanır. Kərəviz təmizlənir və doğranılır. Pomidorlar dəmir ələkdə qaynadılır, sonra qabığı rahatca soyulur və doğranılaraq xırdalanır (suyunu saxlamaq şərti ilə).

2. Duru yağ və adı yağ tavada qızdırılır. Təqribən 3 dəqiqə orta atəşdə soğan və sarımsaq əlavə olunaraq qızardılır. Yerkökü və Kərəviz də əlavə olunur və 4-5dəq qızardılır. Daha sonra çəkilmiş ət əlavə olunur və qarışdırılaraq 4-5deq qızardılır. Duz və İstiot zövqə görə əlavə olunur. Sarımsaq və dənə yarpağı qarışığa əlavə olunur. Tomat pastasi və Şərab da qarışdırılaraq əlavə olunur. Daha sonra sulu həlimlənmiş pomidor əlavə olunur. Avam atəşdə 1 saat 20 dəqiqə qovrulur. Bişirildikdən sonra sarımsaq və dəfnə yarpağı bişintidən çıxarılaraq kənarlaşdırılır.

3. Beşamel sousu ayrıca qabda hazırlamaq üçün yağ qarışdırılaraq tavada qızdırılır və üzərinə un əlavə olunur. Südü üzərinə tökərək mütəmadi qarışdırılır. Duz və istiot əlavə olunaraq 20-25 dəq duru krem halina gələnə qədər gözlənilir.

4. Sərt pendir və Mozzarella gözəl doğranılır. Daha sonra sobada bişiriləcək qabın dibi yağ sürtülərək yağlanılır. Ardıcıl olaraq qat-qat qarışıqlar əlavə olunur. İlk öncə soba qabına Beşamel sousu, daha sonra Balonez, daha sonra bunun üzərinə Lasagna plitələr (1 nəfər üçün məsləhətli ölçü 23 x 28 sm), və ardıcıl olaraq yenidən Beşamel sousu əlavə olunaraq 4 dəfə bu qatlar təkrarlanır. Üst 3 qatlarda Balonez qiyməsindən sonra rəndələnmiş pendirlər əlavə olunur. Ən sonda ən üst qat Beşamel sousu olmalıdır.

180 dərəcə temperaturda üst və alt qızdırıcılı sobada 15-20 dəq saxlanılır. Sonra çıxarılaraq üzərinə rəndələnmiş pendir səpilir. Üzəri qızılı rəng alınana qədər (15 dəqiqə) yenidən sobada saxlanılır..

Nuş olsun..

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: