Lekler “Ferrari”nin son 57 ildə ən gənc pilotu olacaq

Növbəti mövsümdən “Ferrari”də çıxış edəcək “Zauber”in pilotu Moneqask Şarl Lekler 1961-ci ildən bəri İtaliya komandasının ən gənc pilotu olacaq.

Frame.az xəbər verir ki, əvvəlki rekord 1961-ci ildə 20 yaşına keçmiş meksikalı Rikardo Rodriqesə məxsusdur. Bundan başqa, Moneqask karyerasında cəmi bir Qran-Pri olarkən Maranelloya köçən Jil Vilnevin zamanından bəri ən az təcrübəyə malik pilot olacaq.

Leklerin “Ferrari” ilə kontrakt imzalaması xəbəri bu gün, sentyabrın 11-də yayılıb. Sənədin dəqiq müddəti açıqlanmır. Şarl komandada 2007-ci ilin dünya çempionu Kimi Raykkoneni əvəz edəcək. Öz növbəsində, finlandiyalı pilot iki il müddətinə “Zauber”lə kontrakt imzalayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: