CinemaMaraqlı

Leonardo Di Kaprio barədə maraqlı faktlar

28 fevral 2016-cı ildə, 22 ildən və 6 nominasiyadan sonra Leonardo Di Kaprio nəhayət ki ən yaxşı aktyor kimi özünün ilk “Oskar”-ını aldı. O bu mükafatı “Sağ qalmış” (The Revenant) filmindəki baş roluna görə aldı. Onun bu son qələbəsi gözlənilən olduğundan, milyonlarca pərəstişkarları bunu sevinclə qarşıladı. Eyni zamanda bu hadisə 88-ci mükafatvermə mərasiminin də ən vacib hadisələrindən biri olaraq yadda qaldı. Bu istedadlı aktyorun şərəfinə məqaləmizdə onunla bağlı sizin bilmədiyiniz bəzi maraqlı faktları bölüşmək istərdik.

İstər 1997-ci ildə çəkilən “Titanik” epik dramasında Jek Douson, istər 2002-ci ildə çəkilmiş “Bacarırsansa məni tut” kriminal dramasında Frenk Uilyam Abiqneyl, istər 2013-cü ildə çəkilmiş “Uoll-stritdən olan canavar” filmindəki Cordan Belfort, istərsə də 2015-ci ilin oskaralayiq “Sağ qalmış” vesternindəki Hyu Qlass rolu olsun – Leonardo Di Kaprio sözsüz ki Hollivudun ən məşhur və istedadlı aktyorlarından biri hesab edilir.

Məşhurluğundan başqa bu aktyor filantrop, eyni zamanda ətraf mühitin fəal müdafiəçilərindən sayılır. O pələnglərin xilas edilməsi, okeanın müdafiəsi üçün və 2010-cu ildə Haitidə baş verə zəlzələ zamanı zərər çəkmiş sakinlərə kömək məqsədilə külli miqdarda vəsait xərcləmişdir. Təccüblü deyil ki, “People” jurnalının versiyasına görə o planetin 50 ən gözəl insan siyahısında yer alır.

Leonardo Di Kaprio daim diqqət mərkəzindədir, buna görə də onun barəsində bəzi məlumatları artıq bilməmiş olmazsınız. Məşhurluğuna baxmayaraq onun barəsində bəzi faktları bəlkə də birinci dəfə bu məqalədə oxuyacaqsınız.

Leonardo Di Kaprio Amerikalıdır və Kaliforniyada doğulub, lakin onun damarlarında müxtəlif millətlərin qanı axır. Onun İmelin adlı anası Almaniyada doğulub, atası Corc yarım İtaliyalı, yarım Almandır, nənələrindən biri isə rusdur. Rusiyaya səfəri zamanı verdiyi müsahibələrdən birində aktyor özünü yarım rus adlandırmışdı.

Ətraf mühitin etibarlı müdafiəçisi olan aktyor 2013-cü ildə Nepalda pələnglərin qorunması üçün 3 milyon dollar pul xərcləyir. 2014-cü ildə isə okeanın müdafiəsi üçün 3 milyon pul xərcləyir. O 2010-cu ildə Haitidə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara da 1 milyon dollar pul xərcləyib.

Leonardo məşhur İtaliyalı erudit və universal adam olan Leonardo Da Vinçinin şərəfinə adlandırılıb. Buna səbəb isə növbəti hadisə olur: hamilə anası Florensiyada yerləşən Uffiçi qalereyasında adıçəkilən məşhur rəssamın rəsm əsərlərinə baxan zaman ana bətində olan gələcək aktyor ilk dəfə tərpənir. Onun rəssam olan atası isə bu adı uğurlu və uyğun hesab edərək doğulacaq uşağa Leonardo adını qoyur.

Leonardo aktyorluq karyerasına başlayan zaman onun agenti məsləhət görür ki adını Amerikanlar üçün daha yaxşı səslənən Lenni Uilyams olaraq dəyişdirsin. Sözsüz ki aktyor bu təklifdən imtina edir.

Leonun ögey qızı var. “Qanlı almaz” filminin çəkilişləri zaman o Mozambikdə SOS uşaq kəndindən (SOS Children’s Village) olan 24 yetim uşaqla birgə işləyir. Yetim qızlardan biri ilə aktyor arasında bağlılıq yaranır və o qızı övladlığa götürür. Hər ay aktyor uşağın dolanışığı üçün pul göndərməklə yanaşı, deyilənlərə görə mütəmadi onunla telefon əlaqəsi də saxlayır.

2009-cu ildə Leonardo və aktrisa Keyt Uinslet “Titanik” gəmisinin sağ qalan son sərnişininin qocala evində yaşayışını ödəyərək sonuncunun öz xatirə əşyalarını satmasının qarşısını alırlar.

Aktyora “Amerikalı psixopat” filmində Patrik Beytmanın rolunu təklif edirlər, lakin o bundan imtina edir. İmtinanın səbəbi isə o zaman onun pərəstişkarlarının çoxunun yeniyetmə qızlar olması idi.

1997-ci ildə ona pornoulduz rolunu canlandırmaq təklif olunur. Eyni zamanda “Titanik” filmində baş rol almaqla bağlı təklif alan aktyor sonuncunu qəbul edir və nəticədə pornoulduz rolu onun dostu Mark Uolberqə qismət olur.

Bahalı avtomobillərə bədxərclik eləmək əvəzinə Leonardo Di Kaprio ekoloji təmiz Toyota Prius avtomobilindən istifadə edir. Eyni səviyyədə məşur olan aktyorlar və insanlarla müqayisədə o xüsusi təyyarələrdə deyil adi kommersiya sərnişin təyyarələrində uçmağa üstünlük verir. Bu həm pula qənaət etməyə, eyni zamanda da ətraf aləmi əlavə kənar tullantılardan azad etməyə kömək edir.

Bir dəfə “Time” qəzetinin jurnalisti, nəsli kəsilmək üzrə olan 20-yə yaxın heyvanın adını yaddaşında saxladığı üçün Di Kaprionu cansıxıcı adlandırmışdı.

Leonardo Di Kaprionun 11 sevimli filmi var: “Velosiped oğruları” (1948), “Üçüncü adam” (1949), “Sanset Bulvarı” (1950), “Cənnətdən şərqə” (1955), “Cangüdən” (1961), “Ərəbistanlı Lourens” (1962), “Səkkiz yarım” (1963), “2001-ci ilin Kosmik Odisseyi” (1968), “Taksi sürücüsü” (1976), “Manhetten” (1979) və “İşıltı” (1980).

Aktyorla Keyt Uinsletin bir yerdə çəkildikləri ikinci film olan “Dəyişikliklər yolu”-nun çəkilişlri bitdikdən sonra Leo öz rəfiqəsinə sirli qravürası olan bir üzük hədiyyə edir. Aktrisa indiyədək orada nə yazıldığı barədə heç kimə bir söz deməyib.

Leo Mark Uolberqlə indi çox yaxın dostdurlar, lakin 2013-cü ildə “Hollywood Reporter” qəzetinə müsahibəsində Uolberq etiraf edir ki, 1995-ci ildə “Basketbolçunun gündəliyi” filminin çəkilişlri zamanı onlar bir birinə nifrət edirmişlər.

2006-cı ildə Leonardo Di Kaprionun bəyaz köpək balığı ilə yaxın və çox təhlükəli görüşü olur. Cənubi Arikanın Keyptaun akvatoriyasında keyc-dayvinqlə məşğul olan zaman Leonun olduğu qəfəsə qəflətən bəyaz köpək balığı soxulmağa çalışır. Bu balıqlar adətən sualtı qəfəslərə əhəmiyyət vermirlər. Aktyorun dediklərinə görə 6 metrlik yırtıcı balıq demək olar ki yarıya qədər qəfəsə soxula bilir və bir qol uzunluğunda məsafədə dişlərini qıcayır. Leo qəfəsin dibinə uzanıb tərpənməməklə təhlükəsiz bir məsafə saxlamağa müyəssər olur. Bu səhnəni müşahidə edən dayverlər bildirirlə ki, 30 illik təcrübələri zamanı ilk dəfədir ki belə halla rastlaşırlar. Aktyor heç bir zədə almadan qurtula bilir.

Leo növbəti dəfə tandem halda paraşütlə tullanan zman təhlükəli halla rastlaşır. Belə ki paraşüt açılmır, təlimatçı ipləri kəsir və ipləri dolaşmış ikinci paraşütü çıxarır. Xoşbəxtlikdən ipləri dolaşıqdan azad etmək mümkün olur və hər iki paraşütçü uğurla yerə enirlər.

Aktyor ilk dəfə ekranda 5 yaşında peyda olur və uşaqlar üçün təşkil olunmuş “Romper Room” şousunda iştirak edir. Lakin özünü pis apardığı üçün oradan qovulur.

1998-ci ildə “People” jurnalı onu planetin 50 ən gözəl insanlarından biri elan edir.

Onun bütün dövrlər üçün ən sevdiyi aktrisa Meril Stripdir.

Di Kaprio sadiq liberal demokratdır. O şəxsən və maliyyə baxımından Bill Klintonun, Albert Qorun, Con Kerrinin və Barak Obamanın seçki kampaniyalarında və seçkilərdə iştirak edib.

O çox gözəl idmançıdır – basketbol, hokkey, futbol oynamağı, rolik sürməyi və serfinqlə məşğul olmağı sevir.

Valideynlərinin ayrılmasından sonra Leonardo anası və alman nənəsi ilə qalır, sonuncu da tez-tez onu Almaniyaya aparır. Bu səbəbdən də aktyor almanca səlis danışır.

2009-cu ildə Leonardo Di Kaprio Beliz sahillərində yerləşən bir adanı alır. O burada ekokurort tikməyi planlaşdırır.

2005-ci ildə Hollivud gecələrinin birində aktyor üzündən ciddi zədə alır. Areta Uilson adlı model sınıq şüşə ilə onun başına zərbə endirir. 2010-cu ildə özünü təqsirkar bilən qadın iki il müddətinə azadlıqdan məhrum edilir.

Maraqli.info

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!