“Leyli və Məcnun” dastanı təqdim olunacaq

Bu gün  Beynəlxalq Muğam Mərkəzində Mərkəzin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan “Dastan gecələri”adlı layihəsi çərçivəsində “Leyli-Məcnun” dastanı təqdim olunacaq.

Beynəlxalq Muğam Mərkəzi özünün yeni irimiqyaslı “Dastan gecələri”adlı layihəsində  öz fəaliyyətini daha da genişləndirir və xalq poeziyasına müraciət edir. Şifahi xalq yaradıcılığının ən önəmli nümunələrindən olan aşıq yaradıcılığı özündə aşıq musiqisi ilə bərabər şifahi poeziya nümunələrini də birləşdirir.

Aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik unikal hadisəsidir. Aşıq sənəti tarixi inkişafında müxtəlif mərhələlərdən keçmiş, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləmişdir. 2009-cu ildə Azərbaycan aşıq sənəti Azərbaycan xalqının mənəvi-mədəni sərvəti kimi YUNESKO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentiv siyahı”sına daxil edilmişdir.

Qeyd edək ki, aprelin 18-də  “Dastan gecələri” layihəsi çərçivəsində “Alı xan – Pəri xanım” dastanı təqdim olunmuşdur. Gələcəkdə “Abbas-Gülgəz” (19 iyun), “Kiçik Rza” (28 sentyabr), “Aşıq Alının Türkiyə səfəri” (31 oktyabr), “Məhəmməd – Səlbi xanım” (27 noyabr), “Əmrah – Səlbi” (25 dekabr) kimi dastanlarının tamaşaçılara təqdim olunmağı nəzərdə tutulub.

Tədbirlərə biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: