LG rəhbərlik və əməliyyatlarda dəyişikliklər edib

Frame.az bildirir ki, LG Electronics (LG) Mobil Rabitə və Ev Əyləncəsi şirkətlərinin rəhbəri Brayan Kvon dekabr ayının 1-dən etibarən şirkətin Baş İcraçı Direktoru vəzifəsini tutur. 2020-ci il üçün edilmiş digər kadr dəyişiklikləri çərçivəsində Park Hyunq-sei Ev Əyləncəsi Şirkətinin prezidenti, Morris Li Mobil Rabitə Şirkətinin rəhbəri, Uilyam Ço yeni yaradılmış Baş Strategiya Direktoru, Bae Du-yonq isə Baş Maliyyə Direktoru təyin edilib.

LG-də 30 ildən artıqdır ki, çalışan Brayan Kvon bu dövr ərzində şirkətin inkişafında mühüm rol oynayıb. 56 yaşlı Kvon 1987-ci ildə Goldstar-a qoşulub və 2014-cü ildə Ev Əyləncəsi Şirkətinin rəhbərliyinə gətirilməzdən əvvəl LG Uelsdə biznes planlaşdırması mütəxəssisi və LG-nin nəzarət şöbəsinin rəhbəri kimi müxtəlif vəzifələrdə çalışıb. Kvon Busan şəhərindəndir. O, bakalavr dərəcəsini Seul Milli Universitetində və MBA dərəcəsini isə Finlandiyadakı Aalto Universitetində alıb.

İcraçı vitse-prezident Park Hyonq-sei Ev Əyləncəsi Şirkətinin idarəçiliyini təhvil almazdan öncə televizor, kompüterlər və monitorlarla iş üzrə 25 illik təcrübəsi ilə şirkətin biznes şöbəsində çalışıb. Park ABŞ-ın Miçiqan Universitetinin məzunudur və magistr dərəcəsini də ABŞ-da, İndiana Universitetində alıb.

Birinci vitse-prezident Morris Li 1988-ci ildə Goldstar-a qoşulub və LG-nin mobil, TV və İT sahələrində müxtəlif vəzifələrdə, habelə ana şirkət LG Corp-da 5 il müddətinə vitse-prezident vəzifəsində çalışıb. Seuldan olan Li Koreya Universitetinin biznesin idarəedilməsi ixtisasından məzun olub.

İcraçı vitse-prezident Bae Du-yonq LG-nin vergi və ticarət şöbəsinə 7 il rəhbərlik etdikdən sonra şirkətin Baş Maliyyə Direktoru vəzifəsinə təyinat alıb. 30 illik sənaye təcrübəsinə malik bir əmək veteranı olan Bae, LG-yə 2005-ci ildə qoşulub. Seul Milli Universitetinin məzunu olan Bae, həm də ABŞ-ın Corc Vaşinqton Universitetində təhsil alıb.

Yeni rəhbərlik komandası LG-nin daha çox məlumat mərkəzli olması üçün şirkətin bütün əməliyyatlar üzrə rəqəmsal transformasiyasını sürətləndirməyə çalışacaq. Bu məqsədlə, bütün biznes bölmələrində, eləcə də LG-nin törəmə şirkətlərində işləyə bilməsi üçün Baş Strategiya İdarəsi (BŞİ) yenidən qurulub. BŞİ-yə son altı ərzində LG-nin Şimali Amerikadakı əməliyyatlarına rəhbərlik etmiş Uilyam Ço başçılıq edəcək.

LG-nin bundan sonrakı inkişaf planlarına Gələcəyin Texnologiya Mərkəzini yaratmaq daxildir. Bu mərkəz vasitəsilə şirkətin əsas və ümumi texnologiyalarının inkişafına daha çox diqqət ayrılacaq. Mərkəz vasitəsilə Baş Texnologiya Ofisinin tabeliyində olan Süni İntellekt Laboratoriyası, Qabaqcıl Robototexnika Laboratoriyası və Proqram Təminatı Biznes Layihəsini İdarəetmə Ofisi də dəstəklənəcək. Vacib sahələrdə qərar qəbulunu sürətləndirmək üçün xaricdə yerinə yetirilən bəzi tədqiqat və inkişaf, istehsal, satınalma və dizayn tapşırıqları baş ofisə ötürüləcək.

Bütün yeni vəzifə təyinatları dekabr ayının 1-dən qüvvəyə minib. Bütün digər vəzifə artımları isə 2020-ci ilin yanvar ayının 1-dən etibarən keçərli olacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: