FashionMədəniyyət

“Libas Couture” Azerbaijan Fashion Week-I Yenidən Yekunlaşdırdı!

27 May tarixində Azərbaycanın ən lüks otellərindən biri sayılan Fairmont oteldə Azerbaijan Fashion Week-in bağlanış mərasimi həyata keçirildi. Mərasim “Libas Couture”-un əsrarəngiz “Anna Karenina” adlı kolleksiyası ilə yekunlaşıb.
Dizayner Zemfira Musayeva bu kolleksiyanı ərsəyə gətirərkən Lev Tolstoyun unudulmaz əsəri hesab edilən “Anna Karenina”-dan ilhamlanmışdır. Qeyd etmək istərdik ki, modelyer əbəs yerə bu möhtəşəm əsərdən ilhamlanmayıb. Lev Tolstoy bu romanında geyimlərə çox böyük önəm vermişdir.

Anna romanda həddindən artıq zövqlü bir xanım kimi təsvir olunub və hər zaman sadəliyi ilə seçilib. Podiumda nümayiş edilən libaslar isə əsasən incəliyi və cazibədarlığı ilə zövq oxşayan ipək və atlas materiallardan hazırlanmışdır. Kolleksiya dövrün geyim tərzindən ən zərif detalları əks edən qabarıq qollu ziyafət geyimlərindən ibarətdir. Eyni zamanda, modellərə xüsusi yaraşıq verən dekoltelər, xüsusi əl işləmələri, papaq və xəzlər də tez-tez qarşılaşdığımız maraq doğuran detallardandır.

XIX əsri səhnədə yaşadan moda nümayişi xüsusi seçilmiş musiqilər və əsərdən səslənən fraqmentlərlə bir araya gəldiyi zaman isə podiumu daha təsirli edirdi. Mərasimdə diqqətçəkən məqamlardan biri də bağlanışı şouda xüsusi qonaq qismində iştirak edən dəb mütəxəssisi Liliya Raxın etməsi idi.

Ülkər Kazımlı.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!