Baku City CircuitFormula 1

“Liberty Media”da Azərbaycan Qran-Prisinin fəallığının təhlilini davam etdirmək qərara alınıb

Formula 1-in “Liberty Media”dan olan sahibləri həftəsonunda əyləncə proqramlarının optimallaşdırılması məqsədilə tamaşaçıların avtodromlarda davranışı barədə məlumatları toplayırlar. Ostində keçirilən ötənilki ABŞ Qran-Prisində tamaşaçıların hərəkətlərinin izlənilməsinə dair eksperimental layihə maraqlı bir faktı göstərib. Finiş başa çatdıqdan sonra təxminən 45 min tamaşaçı avtodroma – Castin Timberleykin konsertinə toplaşıb.

Frame.az xəbər verir ki, “Liberty Media”da fəallıq təhlilini bu il də – Azərbaycan, Kanada, İspaniya, Böyük Britaniya, Belçika və İtaliya qran-priləri zamanı davam etdirməyə qərar veriblər. Bundan məqsəd tamaşaçıların davranış xüsusiyyətlərini müəyyənləşdirmək və daha çox tamaşaçı cəlb etməkdir.

Qlobal tədqiqatlar şöbəsinin rəhbəri Metyu Roberts deyib: “Televiziya auditoriyasının ölçüləri barədə məlumatımız var idi, lakin biz trasdakı azarkeşlər haqqında heç nə bilmirdik: onlar kimdir, nə ilə maraqlanırlar, özlərini necə aparırlar, avtodromun hansı hissələrində olurlar. İndi isə biz onlar haqqında daha çox məlumat əldə etmişik”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!