“Liberty Media”da yeni həftəsonu formatı təklif ediləcək

Formula 1-in yeni sahibi “Liberty Media” yarışların azarkeşlərinin orta yaş həddinin kifayət qədər çox olmasından narahatdır.

Frame.az “F1News.ru” saytına istinadla xəbər verir ki, komandalara daha gənc auditoriyanı cəlb edəcək yeni həftəsonu formatı təklif olunacaq. Layihəyə görə, həftəsonu cümə günündə azarkeşlərin də müşahidə edə biləcəyi maşınlara texniki baxışla başlanacaq ki, bu, onların marağını artıracaq. Yoxlamanın ardından həftəsonu təkrarı olmayacaq ikisaatlıq məşqlər gəlir.

Şənbə səhəri 100 kilometrlik sprinter yürüşü ilə davam edən, pilotların startdan finişə qədər keçməsi üçün yanacaq və rezinə məhdudiyyət qoyulmayan təsnifatla başlayacaq. Ənənəvi formatda keçiriləcək bazar günü Qran Prinin start meydançasında pilotların düzülüşünü məhz şənbə yürüşünün nəticələri müəyyən edəcək.

“Liberty Media”da hesab edirlər ki, qısa şənbə yürüşü sayəsində adi ikisaatlıq Qran Pri formatının çox uzun olduğu qənaətində olan gənc auditoriyanın diqqətini cəlb etmək mümkün olacaq.

Yeni format hələ ki təsdiqlənməyib və müzakirələr davam edir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: