EventsMusiqiMədəniyyətTəqdimat

Little Voice layihəsinin “Dünya uşaqların gözü ilə” adlı ilk tədbiri keçirilib

25 noyabr 2017-ci ildə Yarat Müasir İncəsənət Mərkəzində Little Voice layihəsinin “Dünya uşaqların gözü ilə” adlı ilk tədbiri keçirildi. Tədbirdə 9 uşaq spiker bir-birindən fərqli mövzurlarla çıxışlar etdi və dünya ilə bağlı fərqli düşüncələrini, ideyalarını auditoriya ilə bölüşdü.

Bu tədbir onların mesajlarının ictimaiyyətə çatdırılması üçün şərait yaratdı. Eyni zamanda, uşaqların 3 həftə ərzində intensiv təlimlərə cəlb olunaraq, ictimai nitq, bədən dili və jestlərdən düzgün istifadə, ideyanın formalaşması və ifadə olunması kimi bacarıqlarının inkişafına təkan verdi.

“Little Voice” layihəsi 9-15 yaş arası uşaqlara öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platformadır. Layihənin əsas məqsədi uşaqların fikirlərinə böyüklər tərəfindən önəm verilməsi və bu fikirlərə dəstək göstərilməsidir.

Bu layihə WoWoman in Me proqramının məzunu olan 3 gənc qız tərəfindən könüllü şəkildə həyata keçirilir. Little Voice layihəsi bu tədbirlə tamamlanmır və qısa vaxt ərzində gələcək planlarını ictimaiyəttə təqdim edəcək.

İlk tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə Bakı Amerika Mərkəzi, Yarat Müasir İncəsənət Mərkəzi, WoWoman Azerbaijan, Yerli İdarəetməyə Yardım İctimai Birliyi və Kolorit kafeyə təşəkkürümüzü bildiririk.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!