Litvalı rəssamın “İlham pərisi” təqdim olundu

Bakıda Litvanın məşhur rəssamı  Edita Suxotskitenin əsərlərindən ibarət “İlham pərisi” adlı sərgisi açılıb. “Art Tower” qalereyasından bildirilib ki, “Art Tower” – ın  təşkil etdiyi sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baç tutub.

Rəssam uzun müddət bütün cizgiləri, kölgələri, nöqtələri düşünür. Yalnız hər şey ürəyincə olmasına əmin olarkən iş prosesinə başlayır. Bu, onun dəst-xəttində xüsusi iz qoyur. Onun əsərlərinin maraqlı cəhəti detallara xüsusi diqqət yetirməsidir. Rəsmlərinin əsasını aydın modellər, parlaq eskiz ifadəliliyi təşkil edir.

Edita Suxotskitenin əsərləri ilə tanış olandan sonra Azərbaycanda onun sərgisinin keçirilməsini təklif etdiklərini və rəssamın bu təklifi qəbul etdiyini söyləyib. O, rəssamın özünün sərgidə iştirak edə bilmədiyini diqqətə çatdıraraq bildirmişdir ki, təqdim edilən əsərlər sırf Azərbaycana aid olacaq və ilk dəfə nümayiş olunacaq. Qeyd edilmişdir ki, bu əsərlər Şərq motivi əsasında, xüsusi incəlik və məharətlə işlənmişdir.

Ekspozisiyada qrafika janrında işlənmiş 40 əl işi sərgilənib.

Sərgi iyun ayının 8-dək davam edəcək. Sərginin məqsədi Azərbaycan və Litva arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: