FestivallarFutbolIdman

“Live Your Goals” festivalı keçiriləcək

Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə 6-16 yaş qızlar arasında “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı təşkil olunacaq.

Festivalda iştirak etmək üçün məhdudiyyətləri nəzərə alaraq, qeydiyyatdan ən tez keçən prinsipi əsasında siyahı tərtib olunacaq və ilk 150 nəfər siyahı üzrə tez keçənlər tədbirdə iştirak etmək hüququ qazanacaq.
Qeydiyyat üçün bu linqə daxil olmaq lazımdır: https://goo.gl/kNuQMW

Qeydiyyatdan keçənlər tədbir günü saat 10:30-da Bakı Olimpiya Stadionuna şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmalıdır.

Qeyd: Qeydiyyat sentyabrın 18-də saat 12:00-da bitəcək.

Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 12 4042778

“Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Azərbaycanda ilk dəfə olaraq, “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri FIFA U-17 Qadınlarlararası Dünya Çempionatı ərəfəsində keçirilib. Festival Bakıda, Sumqayıtda, Zaqatalada, Qubada, Şəkidə, Masallıda, Qaxda, Xaçmazda, Qəbələdə və s. şəhərlərdə müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları da iştirak ediblər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!