Ailə TV Sevinci Lotereyası davam edir

Uduşlu lotereyada iştirak etmək üçün reklam bukletinə birləşdirilmiş kuponu doldurmaqla istənilən Ailə TV filialına yaxınlaşaraq təqdim etmək lazımdır. Bunun üçün hər Ailə TV Filialında xüsusi şəffaf qutular yerləşdirilmişdir.

Kuponlar toplanaraq Ailə TV Baş Ofisinə təhvil veriləcəkdir və orada yoxlanaraq bir barabana yığılacaqdır. 1 iştirakçının məlumatları yalnız 1 dəfə kuponda qeyd oluna bilər.

Lotereya üç tirajdan ibarətdir. İlk iki tiraj artıq baş tutub, və 66 qalib hədiyyə olaraq Ailə TV Player cihazı qazanıb. Lotereya Ailə TV İnstagram səhifəsində canlı keçirlir. Video icmal və qaliblərin şəkilləri isə burada https://youtu.be/AtmOxVllWRc

Üçüncü tiraj isə 1 İyul 2020-ci il tarixində keçiriləcəkdir. Üçüncü, yəni sonuncu, tirajda daha 33 ədəd Ailə TV Player cihazı öz şanslı qalibinə hədiyyə olunacaqdır. Ümumi 99 Ailə TV Player cihazı. İlk tirajda qalib gələ bilməyən iştirakçılar növbəti tirajlarda iştirak edə biləcəklər.

Lotereyada qalib gələn iştirakçılarla əlaqə saxlanılacaq və onlar baş ofisə dəvət oluancaqlar. Onlar öz şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər, ŞV-nın seriya nömrəsi uduşlu kuponda göstərilən seriya nömrəsi ilə eyni olmalıdır.

Lotereyada hər-kəs iştirak edə bilər. Artıq ümumi olaraq 500-dək şəxs lotereyada iştirak edir.

Ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək və ya http://aile.tv/lottery internet səhifəsinə daxil olmaq mümkündür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: