Baku City CircuitFormula 1Idman

Luis Hamilton Formula 1 Macarıstan Qran-Prisinin qalibi olub

Formula 1 Macarıstan Qran-Prisinin qalibi müəyyənləşib.

Mövsümün üçüncü yarışında “Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü “Red Bull”un pilotu Maks Ferstappen və “Mercedes”in digər pilotu – Valtteri Bottas tamamlayıblar.

Pilotların siyahısına 63 xalla L.Hamilton başçılıq edir. V.Bottas 58 xalla ikinci, M.Ferstappen isə 33 xalla üçüncü pillədə qərarlaşıblar.

Növbəti yarış avqustun 2-də Böyük Britaniyada təşkil olunacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!