Luis Hamilton Formula-1 yarışında liderdir

Sinqapurda Formula-1 üzrə dünya çempionatının 14-cü mərhələsi “Mersedes”in britaniyalı pilotu Luis Hamiltonun qələbəsi ilə başa çatıb.

Frame.az xəbər verir ki, bu mərhələ qəzalar və sonadək gərgin idman mübarizəsi ilə yadda qalıb.

Luis Hamilton marşrutu 2 saat 3 dəqiqə 23,543 saniyəyə qət etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri qalibdən 4,507 saniyə gec gələn “Red Bull Racing” təmsilçisi Daniel Rikkiardo tutub. “Mercedes” komandasının daha bir üzvü, finlandiyalı Valtteri Bottas isə 8,8 saniyəlik gecikmə ilə finiş xəttinə üçüncü çatıb.

Britaniyalı pilot Sinqapur Qran-Prisində də qalib gəlməklə ümumi hesabda liderliyini daha da möhkəmləndirib. Hazırda dünya çempionunun aktivində 263 xal var. Sinqapur mərhələsində uğursuz çıxışla yadda qalan “Ferrari” təmsilçisi Sebastyan Fettel 235 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü yerdəki Vallteri Bottasın 212 xalı var.

Növbəti mərhələ oktyabrın 1-də Malayziyanın Sepanq trekində keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: