Baku City CircuitFormula 1Idman

Luis Hemilton altıqat dünya çempionu oldu

COTA avtodromunda Formula 1 dünya çempionatının ABŞ Qran-Prisi mərhələsi başa çatıb.

Frame.az xəbər verir ki, ABŞ Qran-Prisinin qalibi “Mercedes” komandasının pilotu Valtteri Bottas olub. İkinci yeri onun komanda yoldaşı Luis Hemilton, üçüncü pilləni isə “Red Bull” yürüşçüsü Maks Ferstappen tutublar.

Finiş xəttinə ikinci çatan Luis Hemilton vaxtından əvvəl Formula 1-in 2019-cu il çempionu olub. O deyib: “Bu mənim xatırladığım ən ağır il oldu. Bunu anlamaq sizin üçün çətindir, siz bütün ilboyu mənim yanımda deyildiniz və hansı uğur və uğursuzluqları yaşadığımı bilmirsiniz. Mən kollektivlə işi, fiziki hazırlığı, sağlamlıq problemlərini və səfərləri nəzərdə tuturam. Deyərdim ki, idmandan kənarda uğurları və uğursuzluqları yaşamaq daha çətindir”.

Hemilton onu da qeyd edib ki, o, 2019-cu ildə dünyasını dəyişmiş Niki Laudanın xiffətini çəkir. Üçqat Formula 1 çempionu olmuş Lauda Hemiltonu “McLaren” komandasını tərk etməyə və “Mercedes”ə keçməyə inandıranlardan biri olub. Pilot əlavə edib: “Mən ondan ötrü çox darıxıram. Niki olmadan mən bu nəticələrə nail ola bilməzdim. Bu gün onun ruhu bizimlə idi”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!