Lyuis Hemilton futbol üzrə İngiltərə yığmasını dəstəkləyib

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsi oyunları çərçivəsində İngiltərə yığması Monteneqro komandasını 5:1 hesabı ilə darmadağın edib. Lakin qələbə əhvalını Monteneqro azarkeşlərinin irqçilik təzahürləri pozub.

Frame.az xəbər verir ki, fanatlar britaniyalı müdafiəçi Denni Rouza təhqirlər ünvanlayaraq, meydana kənar əşyalar atıb, partladıcı vasitələrdən istifadə edib, həmçinin qarışıqlıq yaradaraq stadiondakı pilləkən keçidləri bağlayıblar.

Britaniyalı avtoyürüşçü, “Mercedes” komandasının pilotu Lyuis Hemilton həmvətənlərini dəstəkləyərək, monteneqrolu azarkeşlərin davranışını pisləyib.

“İngiltərə yığmasını Monteneqro üzərində 5:1 hesabı ilə dünənki qələbə münasibətilə təbrik edirəm. Bu, bizim hamımızın fəxr etməsi üçün imkan yaratdı. Lakin bu şüarlar və bütün baş verənlər – alçaqlıqdır və qəbuledilməzdir. Belə davranışa heç bir idman növündə yer olmamalıdır”, – deyə beşqat dünya çempionu özünün sosial şəbəkələrdəki hesabında yazıb.

UEFA-da artıq qalmaqalla bağlı tədqiqata başlanılıb. Avropa Futbol Federasiyasının prezidenti Aleksander Çeferin baş verənləri “fəlakət” adlandırıb. İndi Monteneqro sanksiyalar qarşısındadır. Podqoritsadakı stadionda keçiriləcək oyunlara müvəqqəti qadağanın qoyulacağı istisna deyil.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: