Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BMT-də görüşləri davam edir

Cari ilin 4 aprel tarixində nazir Əbülfəs Qarayev BMT-nin baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo ilə görüşdü. Görüşdə BMT-nin 2030 Davamlı İnkişaf Gündəliyi və onun əhəmiyyəti, xüsusilə 4-6 may 2017-ci il tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Təşkilatların rəhbərlərinin 1-ci Yüksək Səviyyəli Görüşünün mövzuları barədə müzakirələr aparıldı. Nazir Əbülfəs Qarayev qeyd etdi ki, Bakı Prosesi çərçivəsində keçiriləcək Forum və yüksək səviyyəli görüşlərin əsas mövzusu mədəniyyətlərarası dialoq vasitəsilə insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə birgə işləməyin mexanizlərini müəyyən etmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı gücləndirməkdir. BMT-nin bu prosesdə fəal rolu bu sahədə fəaliyyətə dəstək olacaqdır. Baş katibin müavini Azərbaycanın bu sahədə fəaliyyətini alqışladığını və bu məsələni BMT baş katibinin diqqətinə çatdıracağını bildirdi.

Daha sonra Əbülfəs Qarayev BMT-nin baş katibinin və BMT İnkişaf Proqramının (BMTİP) administratorunun müavini Cihan Sultanoğlu ilə görüşdü. Görüşdə BMTİP-nin Forumda və beynəlxalq təşkilatların görüşündə fəal iştirak etməsi, “2030 Davamlı İnkişaf Gündəliyi”nin təqdimatının keçirilməsi məsələləri müzakirə edildi. Cihan Sultanoğlu ötən ilin sentyabrında Azərbaycana səfərini xatırladaraq ölkəmizin inkişafının onda olduqca xoş təəssürat yaratdığını qeyd etdi.

Səfər çərçivəsində BMT-nin İnformasiya Departamentinin rəhbərliyi və BMT-nin Qadın Proqramının rəhbərinin müavini ilə də görüşlər keçirildi. İnformasiya departamenti ilə görüşdə Forumun BMT sistemi daxilində təşviqat məsələləri, BMT-nin Qadın Proqramının rəhbərliyi ilə isə Forum çərçivəsində keçiriləcək “Qızların təhsili vasitəsilə extremizmin qarşısının alınması” layihəsi ilə bağlı müzakirələr aparıldı.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: