Baku Shopping Festival

Mədəniyyət və turizm naziri AKB əməkdaşlarını mükafatlandırdı

Mayın 24-də “Boulvard Hotel”də Birinci Bakı Şopinq Festivalın yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirildi. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilk festivalın uğurla başa çatdığını bildirdi. Qeyd etdi ki, təkcə ölkəmizdə deyil, regionda ilk dəfə olaraq keçirilən bu festival Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş turizmin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq təşkil edildi.

İlk festivalın böyük əks-səda doğurduğunu bildirən nazir qeyd etdi ki, növbəti şopinq festivalının vaxtı və proqramı yaxın günərdə elan ediləcək. İlin sonuna yaxın keçirilməsi planlaşdırılan ikinci festivala 500-dən çox mağazanın qoşulması və “Tax Free” sisteminin müddətinin uzadılması nəzərdə tutulur.

Tədbirdə nazir Əbülfəs Qarayev Birinci Bakı Şopinq Festivalının təşkilatçılara nazirliyin mükafatlarını təqdim etdi. Festivalın yüksək səvyyədə təşkilinə görə, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova “Fəxri turizm işçisi” döş nişanı ilə təltif edildi.

Bundan başqa, Birinci Bakı Şopinq Festivalının təşkilindəki fəallıqlarına görə, Büronun əməkdaşlarından Söhrab Fərhadov, Fəridə Axundova, Nigar Nəzərova,  Firuzə Mirzəyeva, Fərizə Qasımzadə, Sevda Ömərova, Dinara Yusufova və Aytəkin Quliyeva isə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanına layiq görüldülər.

Tədbirdən sonra Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Miqrasımova festivalın rəsmi saytına (www.bakushopfest.com) açıqlama verərək nazirlik tərəfindən “Fəxri turizm işçisi” adına layiq görülməsini və büronun bir qrup əməkdaşının nazirliyin fəxri fərmanı ilə təltif edilməsini rəhbərlik etdiyi kollektivin işinə verilən yüksək qiymət olduğunu bildirdi. Ü.Mirqasımova göstərilən etimada görə Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinə və şəxsən nazir Əbülfəs Qarayevə minnətdarlığını bildirdi. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!