Mədəniyyətlər festivalı – Global Village 2016 July

AIESEC Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən Global Village sizə bir gün ərzində bütün dünyanı səyahət etmək şansı verir!

GLOBAL VILLAGE haqqında:

Global Village AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng, enerjili mədəniyyət festivalıdır. Dünyanınmüxtəlif ölkələrindən olan nümayəndələr dostluq abu-havasını yaratmaq və dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaqlar!
Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələrindən zövq ala bilərlər, çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilərik.

Global Village tədbirində sizə AIESEC Azərbaycan tərəfindən dünyanın 30-dan çox ölkəsindən Azərbaycana dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda müxtəlif məqsədlər üçün toplaşıblar, belə ki onlar “Sparks of the Future”,“Talk out Loud”, “Golden Horse”, “Fireflies” və “World for Kids” layihələrinin iştirakçılarıdırlar.

Vaxt: 27 iyul 2016, 18:00
Tədbir Park Bulvar Alış-veriş Mərkəzində keçiriləcək.
Tədbirdə iştirak pulsuzdur.

Gəlin və unudulmaz, şən və macəralı abu-havanın bir hissəsi olun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: