“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

2017-ci il yanvarın 11-12-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Əsərin dünya premyerası da 1961-ci il martın 23-də məhz bu teatrda reallaşıb.

Frame.az teatrın saytına istinadla xəbər verir ki, yanvarın 11-də səhnə əsərində Fərhad obrazını həmvətənimiz Timur Əsgərov ifa edəcək.

Qeyd edək ki, Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərən T.Əsgərov Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: