Mən Gəncəm, Hara Gedirəm?

IB Club təqdim edir:

“Mən Gəncəm, Hara Gedirəm?” – Fərdi Uğur Seminarı.

Hamımız axtarışdayıq, hardan başlayaq, hara gedək, öz yolumuzu necə tapaq? Bildiyimiz bir şey var, zamana buraxsaq və hərəkət etməsək, həyatı gec-tez məğlub bitirəcəyik. Bəs etməli olduğumuz nədir? Bütün sualların cavabı özümüzü və həyatı yaxşı tanıdığımız zaman tapılacaq. 🙂

Şəmsi Bayramzadənin təqdimatında hansı suallara cavab tapacaqsınız:

-Mən Gəncəm, Hara Gedirəm?… Bu sualın cavabını tapmışıqmı? Tapmaq bəzilərimiz üçün çox sadə, amma doğru olmaya bilər..
– Mən kiməm? Mənim kimliyimi nələr bildirməlidir, bilirikmi?
– Mən uğurlu gəncəm?! Həqiqətənmi? Bəs necə əmin olum?
– Öz güvənim azdır, nə istədiyimi bilmirəm… deyirsinizsə,bu seminar sizə cavab verməyəcək, amma suala cavab tapmağınızın yolunu göstərəcək..

İnkişafınızla bağlı istənilən çətin sualı təlimçiyə verə bilərsiniz.. Seminara gələndə suallarla dolu gəlin. 🙂

Təlimçi Şəmsi Bayramzadə haqqında:
Şəmsi Bayramzadə Azərbaycan Dövlət İqtisad Universitetinin
Xüsusi İstedadlar Qrupunda təhsil almışdır. Hal-hazırda
həmin universitetin doktorantıdır. 10 illik Biznes və Şəxsi İnkişaf üzrə təlimçilik təcrübəsi var.
Hazırda Azərbaycanın ən böyük qida şirkəti
“Azərsun Holdinq”-də Brend Menecerdir.

Seminar 27 Avqust (Şənbə günü) tarixində saat 12:00-da IB Club-un Mərkəzi ofisində reallaşacaq.

Seminarda iştirak üçün aşağıdakı Qeydiyyat formundan qeydiyyatdan keçməniz lazımdır:
https://goo.gl/1U5oKV
Son qeydiyyat tarixi 26 Avqust 18:00-dır.

Seminarda iştirak IB Club üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün isə 5 Azn-dir.

Ətraflı məlumat:
Tel: 012 480 3461, 055 238 4008
E-mail: info@ibclub.az
Ünvan: Cəfər Cabbarlı 40, Caspian Business Center 5-ci mərtəbə (Nizami metrosunun yaxınlığı) 

Frame.az

13934676_633767016790547_9015179178909577161_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: