“Mənim Azərbaycanım” konsert proqramı böyük maraqla qarşılanıb

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 20-də Heydər Əliyev Sarayında Azərbaycanın zəngin mədəniyyətini əks etdirən daha bir konsert proqramı təqdim edilib.

Frame.az xəbər verir ki, aprel ayında Bakı Şopinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunub. Obrazlığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan və qonaqlar tərəfindən yüksək qiymətləndirilən Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” yeni konsert proqramı və “Koroğlu” bir pərdəli milli baleti yenə də böyük maraqla qarşılanıb.

Konsertin bədii rəhbəri və quruluşçusu Rusiyanın Xalq Artisti Dikalu Muzakaevdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: