“MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinə start verilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və  Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  “Azərbaycan  Xalq  Cümhuriyyəti  İli” çərçivəsində “MƏNİM  YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsi elan olunur.

Müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir.

İştirak etmək istəyənlər yaratdığı işin fotosu ilə bərabərad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adınıqeyd etməklə 2018-ci il oktyabr ayının 20-nədəkXətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.

facebook: BakıXətaiSənətMərkəzi(https://www.facebook.com/xsm.art.az/)

whatsapp: 00994 51 310 74 01

instagram: xetaisenetmerkezi

email: xsm.2016@mail.ru

ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.

Seçim iki yaş kateqoriyası üzrə aparılacaq:

12 yaşa qədər

12-17 yaş arası

Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək.

Seçim zamanı müəllifin   yaşı  nəzərə  alınmaqla düzgün kompozisiya, rəng seçimi və idea  əsas götürüləcək.

Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni  yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu edirik.

Unutmayın ki, bu  bir məşğuliyyət növüdür!

I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.    

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Həmçinin mövzular üzrə ayrı-ayrı təşkilatların diplomları təqdim olunacaq.

Milli mövzu – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Ən balaca  iştakçıya –  Azərbaycan Respublikası Təhsil Nazirliyi

Muasirliyin təbliği – Az Tv

Vətənpərvərlik mövzusu – Xətai Rayon İcra Hakimiyyəti

Ən yaxşı mövzu seçimi– Azərbaycan Rəssamlar İttifaqı

Ən yaxşı ideya– Azərbaycan  Dövlət Rəsm Qalereyası

Ən yaxşı rəng duyumu– Xətai Sənət Mərkəzi

Sərbəst fikir ifadə etdiyinə görə– “Sənətşünaslığın Təbliği” İctimai Birliyi

Ən yaxşı etüdə görə – “Yeni Gallery” Qalereyası

Sərgi Xətai Sənət Mərkəzindəkeçiriləcək,eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook  səhifəsinə  yerləşdiriləcək.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: