Məşhur müğənni SEEYAnın Bakıya gəlmə səbəbi

Məşhur müğənni SEEYAnın Bakıya gəlmə səbəbi “ADDIM” təşkilatının “Dünya Starı” layihəsində iştirak etmək olub.

Müğənni layihə və paytaxtımız haqqında fikirlərini bölüşüb: “Bakını çox sevirəm. Azərbaycanın bir çox məkanlarında “Papito” mahnım səslənir. Bu da məni çox sevindirir. Bakıya gəlmə səbəbim buradaki layihə ilə bağlıdır. Mənim dəyərli prodüsserim və mən də münfis kürsüsündəyik. Azərbaycanlı müğənniləri dinləyib, aralarından ən yaxşısını seçəcəyik. Həm də mən Azərbaycan musiqilərini dinləyib, onlarla tanış olacam”.

ADDIM təşkilatının sədri Hüseyn Cavadzadə layihə haqqında deyib ki, bu Azərbaycan mədəniyyəti üçün böyük uğurdur: “Bu layihə əminəm ki, Azərbaycan mədəniyyəti üçün olducaq önəmli rol oynayacaq. Bizim mədəniyyətimiz, musiqimiz ölkə xaricində daha da tanınacaq. Bizim xarici tərəfdaşlardan Tommo Production və maximum Concerts şirkətindən belə bir fikir gəldi ki, Bakıda kastinqdə iştirak etmək istəyirlər. Biz də bunu böyük həvəslə qəbul etdik. Çünki bizim istedadlı bir çox gənclərimiz var ki, onlar xaricdə tanınmağı haqq edirlər. Bəzi istedadlı insanlarımızın öz sənətini göstərməyə imkanı yoxdur.

Təşkilatçı deyib ki, müğənnilərimizin xaricdə tanınmasına da yardımçı olacaqlar: “Bəzən bizdə bəzi müğənnilər özlərinə “dünya şöhrətli” deyirlər amma onu vətəndən kənarda heç kim tanımır. Biz də məhz bu səbəbdən xarici ölkədə tanınan və bizim müğənnilərə maliyyə ayıracaq prodüserləri ölkəmizə dəvət etmişik. Müsabiqənin səhəri günü artıq iştirakçılarla onların dünya musiqi industriyasında fəaliyyəti üçün müqavilə imzalanacaq”.

Səhnədə 13 yarışmaçı öz performasını göstərib. Sonda Seeyanın kiçik konsert proqramından sonra münsiflər heyətində yeganə yerli təmsilçimiz, əməkdar artist Tünzalə səhnəyə çıxaraq qalib iki iştirakçını Sənan Məmmədli və Mustafa Əhmədzadəni elan edib. Müsabiqədə iştirak edən digər 4 istedadlı gənc Tofiq Hacıyev, Ayla Şiriyeva, Riad Abdulov və Amir Paşayev isə ölkəmizi müvafiq olaraq Makedoniya, İspaniya, Rusya federasiyası və Bolqarıstanda keçirilən festivallarda təmsil etmə şansı qazanıblar.

Qeyd edək ki, kastinqin münsifləri Seeya, əməkdar artist Tünzalə Ağayeva , Tommo Productionun rəhbəri bəstəkar və produser Bogdan Tommo, Maximum Concerts şirkətini rəhbəri Ekaterina Çitaşvili olub. Tədbirin aparıcısı Abbasağa Əlizadə olub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: