Məşhur restoran jurnalistlər üçün iftar süfrəsi açıb

Bakıda tanınmış restoran olan “Bəh Bəh” klub KİV nümayəndələri üçün iftar süfrəsi açıb.

Frame.az xəbər verir ki, mərasimdə ilk öncə restoranın fəaliyyəti ilə bağlı məlumat verilib.

Bildirilib ki, möhtəşəm, təkrarolunmaz mətbəxi ilə seçilən “Bəh-bəh club”, demək olar, 20 ilə yaxındır şöhrət qazanıb. Burada həmişə Azərbaycan kulinariya incəsənətinin ən yaxşı ustaları çalışıblar. Restoran milli və avropa mətbəxinin nümunələrini təklif edir. Təklif edilən ləziz yeməklərdən hər zaman dadmaq olar. Öz orijinallığı ilə seçilən restoran həmçinin canlı müsiqi sədaları altında ad günlərinin, banketlərin keçirilməsi üçün çox münasib yer hesab olunur. Bir sözlə restoran həmişə öz qonaqlarını ləziz təamları ilə valeh etmişdir. Bura təşrif buyuran hər bir müştəriyə əla servis və yüksək keyfiyyətli xidmət göstərilir.

Restoran demək olar ki, şəhərin mərkəzində Nobel prospektində yerləşsə də qiymətlər münasibdir. Təklif edilən ləziz təamlar müştərilərin büdcəsinə uyğun hesablanıb.

Media nümayəndələri mərasimdən xoş təsüratla ayırılıblar. 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: