Məşqçilərə sertifikatlar təqdim edilib

Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə 1-ci dərəcəli texniki kurslarda iştirak etmiş və imtahandan uğurla keçmiş məşqçilərə müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə həyata keçirilən bir həftəlik kurslar Respublika Velotrekində təşkil olunub. Layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir.

Məşğələlər Beynəlxalq Velosipedçilər İttifaqının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Jan Jak Anri tərəfindən keçirilib. Layihədə ümumilikdə 20 məşqçi iştirak edib və kursların yekunu olaraq iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub. Onların arasında “Olimpiya Hərəkatı-2017” layihəsinin məşqçiləri də var.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: