EventsMaraqlıTəqdimat

Mədəniyyətlər festivalı: Global Village 2017 Winter

Ən böyük mədəniyyətlərarası festivalın bir hissəsi olmaq istəyirsinizmi? O zaman, buraya diqqət yetirin! Global Village sizə bir gün ərzində bütün dünyanı səyahət etmək şansı verir!

GLOBAL VILLAGE haqqında:

“Global Village” AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng, enerjili və gözlənilən mədəniyyət festivalıdır. Dünyanın 10 ölkəsindən çox nümayəndələr dostluq abu-havasını yaratmaq və dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaqlar!
Tədbirin qonağları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti, mətbəxi və adət ənənələrindən zövq ala bilərlər, çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilərik.

“Global Village” tədbirində dünyanın 15 ölkənin təmsilçiləri və AIESEC Azərbaycan təşkilatı tərəfindən Azərbaycana dəvət olunan 10 xarici könüllü öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda AIESEC Azərbaycan tərəfindən təşkil olunmuş “World for Kids”, “Dream Catcher”, “Game of Schools”, “EduChange”, “Children of the Future”, “Talk out Loud” kimi sosial layihələrin könüllüləridir.
Burada dünya ölkələri bir birindən bir addımdadır!

Vaxt: 13 Yanvar, 16:00
Tədbir “Soyuq əllər, İsti ürək” yarmarkasında, “Chill-out” zonasında keçiriləcək.
Tədbirdə iştirak pulsuzdur.
Gəlin və unudulmaz, şən, macəralı abu-havanın bir hissəsi olun! Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!