Idman

Məktəblilər arasında futbol turnirinin qalibi müəyyənləşdirilib

Paytaxt məktəblilərinin “Yay məktəbi” çərçivəsində təşkil olunan futbol yarışı başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, iyulun 27-də “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi”ndə iştirak edən şagirdlər arasında təşkil olunan futbol üzrə yarışların final mərhələsi keçirilib.

Yarışlara üç həftə ərzində Bakı şəhəri üzrə “Yay məktəbi”nin əhatə etdiyi 18 ümumi təhsil müəsssisəsinin V-VI sinif şagirdlərindən ibarət futbol komandaları qatılıb.

Seçmə yarışların nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 57, 95, 194 nömrəli tam orta məktəblərin və 166 nömrəli məktəb-liseyin komandaları finala yüksəliblər. Final qarşılaşmalarında 166 nömrəli məktəb-liseyin komandası birinci, 57, 95 və 194 nömrəli məktəblərin komandaları isə müvafiq olaraq,ikinci, üçüncü, dördüncü yerləri tutublar.

Yarışlarda birinci yerə layiq görülən komandaya kubok, medal, sertifikat, ikinci yeri qazanan komandaya medal və sertifikat, üçüncü yeri tutan komandaya isə sertifikat təqdim olunub.

“Yay məktəbi”nin keçirilməsinin məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanlarının yaradılması, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial fəal gənclərin – gələcəyin liderlərinin formalaşdırılmasıdır. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!