FinansIqtisadiyyatTurizmTəqdimat

Mərkəzi Bank və Mastercard Anlaşma Memorandumu imzalayıblar

Azərbaycan Respubikası Mərkəzi Bankı və Mastercard bu gün rəqəmsal ekosistemlərin effektiv inkişafı vasitəsilə inkluziv böyüməni sürətləndirmək və daha yaxşı  ödəniş xidmətləri təmin etmək məqsədi daşıyan 5 illik Rəqəmsal Ölkə Tərəfdaşlığına (RÖT) başladığını elan edib.

Aprel 2021, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankı və Mastercard Azərbaycan hökumətinin rəqəmsallaşdırma və iqtisadiyyatın inkişafına dair strateji dövlət siyasətinə uyğun olaraq rəqəmsal ödənişlərin müxtəlif strateji inkişaf sahələrini əhatə edən 5 illik Rəqəmsal Ölkə Tərəfdaşlığının (RÖT) başlanmasına dair Anlaşma Memorandumunu imzalayıb. Bu, Mərkəzi Bank və Mastercard arasında “2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində çoxfunksiyalı “Ağıllı Təhsil Kartının” işə salınması və pilot şəhərlərdə ictimai nəqliyyatda təmassız gediş haqqı ödənişlərinə başlanması kimi nağdsız ödənişlərin istifadəsini təşviq edilməsinə və effektiv əməkdaşlığın davam etdirilməsinə yönəlmiş strateji proqramlar silsiləsindən növbəti addımdır. İlkin mərhələlər nağd ödənişin POS ödənişə çevrilməsinə yönəlsə də, indi bu, bütöv ekosistemdə rəqəmsal təkamülə başlamağı hədəfləyən bir addımdır.

AnlaşmaMemorandumunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov və Mastercard-ın Avropa regionu üzrə prezidenti Mark Barnett imzalayıblar. Bu Mastercard-ın tərəfdaşlığa sadiqliyinin ən yüksək göstəricisidir. Dünyada Mastercard-ın belə müqavilə imzaladığı ölkələr azdır.

Azərbaycan Mərkəzi Bankının İcraçı direktoru tərəfdaşlığın başlaması münasibətilə deyib: Əminəm ki, yeni strateji tərəfdaşlıq formatı ölkədəki innovativ ödəniş həllərinin genişlənməsini və rəqəmsal infrastruktur imkanlarını artıraraq müasir texnologiyaların təqdimatını sürətləndirəcək. Məqsədimiz ölkədə rəqabətli, innovativ və əlverişli  ödəniş ekosistemi yaratmaqdır.

Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Erdem Çakar deyib: “RÖT-ü Azərbaycanda işə salmaqdan dolayı qürurlu və həyəcanlıyıq və bu, Avropadakı 3-cü belə razılaşmadır. Mastercard qlobal şəbəkəmizi, rəqəmsal texnologiyalarımızı, məlumatlılığımızı və təcrübəmizi istifadə edərək, effektiv ödəniş xidmətlərinin təmin edilməsi, inkluziv böyümənin sürətləndirilməsi və effektiv ödəniş ekosistemlərinin qurulması üçün Mərkəzi Bankla əməkdaşlıq etməyə sadiqdir. Bunu dövlət və özəl sektor tərəfdaşlığını asanlaşdırmaq və bir araya gətirməklə yanaşı, insanlara və müəssisələrə inkluziv bir yanaşma tətbiq etmək yolu ilə rəqəmsallaşdırmanı sürətləndirərək edirik. Bizi “yaxşılıq edərək bacarmaq” vizyonumuz irəli aparır və sosial və iqtisadi təsirlər üçün maliyyə cəhətdən davamlı modellər inkişaf etdirmək məqsədilə davamlı olaraq imkanlar axtarırıq.”

Rəqəmsal ödənişlərin sürətləndirilməsi və rəqəmsal ekosistemin ikitərəfli rəqəmsallaşdırılması üçün planları əks etdirən “Nağdsız Azərbaycan” layihəsinin davamı olan Rəqəmsal Ölkə Tərəfdaşlığının məqsədi texnoloji yeniliklərin tətbiqi ilə rəqəmsal inkluzivliyi genişləndirmək, kiçik və orta biznes üçün innovativ ödəniş alətlərinin təqdimatını dəstəkləmək, rəqəmsal ödənişlərə inamı artırmaq üçün müxtəlif hədəf qrupları üçün seminar və təlimlər təşkil etmək və ən son texnoloji trendlər haqqında təcrübə mübadiləsi aparmaqla kiber təhlükəsizlik və süni intellekt kimi sahələrdə əməkdaşlığı davam etdirməkdir. Bu tərəfdaşlıq Azərbaycana rəqəmsal iqtisadiyyat sahəsində regionun lideri olmağa kömək edəcək.

Azərbaycan Mərkəzi Bankı geniş bir rəqəmsal ödəniş ekosisteminin formalaşmasında öz dominant rolunu uğurla davam etdirir və ölkədə innovativ həllərin təqdimatını sürətləndirir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!