FashionTəqdimat

Məşhur model öz model məktəbinin təqdimatını keçirib-fotolar

Tanınmış model İlqar Əliyev özünün təsis etdiyi model məktəbinin təqdimatını keçirib.

Frame.az xəbər verir ki, bir çox tanınmış simaların, məşhur modellərin qatıldığı təqdimat mərasimi sürprizlərlə dolu olub.

“Khazar golden beach Hotel”də baş tutan “Ilqar Aliyev Models Fashion Night” adlı təqdimat mərasimində əvvəlcə məktəbin 40-a yaxın tələbəsi ilk dəfə olaraq səhnəyə çıxıb.

6 aydır fəaliyyətə başlamış məktəbin tələbələri səhnəyə ilk olaraq My Brands mağazalar şəbəkəsinin geyimində təşrif buyurublar. Daha sonra isə “Las Vegas” və “Black Street” mağazalarının geyimlərini nümayiş etdiriblər.

Modellərin saç düzümünü “Schwarzcopf Akademy Azerbaijan” öz üzərinə götürüb. Məkanın dizaynı və işıqlandırılması One Million Arts şirkətinə həvalə edilib. “Sirr” şirniyyat evi isə təşkilatı dəstək göstərib.

Təqdimat gecəsinin əsas sponsorlarından biri də “Improtex motors” olub. Şirkətin məkana gətirdiyi “Mini Countryman” avtomobili iştirakçıların diqqətini çəkib.

Ümumiyyətlə, yeni bir layihəyə bu qədər məşhur brendlərin sponsorluq etməsi qonaqları sözün əsl mənasında təəccübləndirib. Mərasimdə bildiriblər ki, Azərbaycanda indiyə kim heç bir fasion şouda bu qədər sponsor iştirak etməyib.

Modellərin nümayişindən sonra səhnəyə Yaşar Yusub, Nara White çıxıb.

İ. Əliyev mərasimdə çıxış edərək bildirib ki, bu məktəbi açmaqda məqsəd yeni aktyor və modellər yetişdirməkdir: “Biz məktəbimizdə yeni aktyorlar və modellər yetişdiririk. Belə simalara ehtiyacı olan təşkilatlar bizimlə əlaqə yarada, simalar üçün müraciət edə bilərlər. Bundan başqa, məktəbimizə qəbul başlayır. Qəbul avqust ayının sonundan etibarən aparılacaq”.

Məktəbin rəhbəri bildirib ki, qısa zamanda layihəyə maraq kifayət qədər çoxdur: “Model məktəbi əslində təkcə model olmaq istəyənlər üçün deyil. Həm də yerişin, duruşuna, geyiminə fikir verənlər, mimikalarından düzgün, yerində istifadə etmək istəyənlər, bir sözlə baxımlı, zövqlü olmaq istəyənlərin məktəbidir. Biz istəyirik ki, hər kəs gözəl görünsün, gözəl danışsın. Bu, cəmiyyətə pozitiv enerji ötürür, insanların əhval-ruhiyyəsini yaxşılaşdırır. Eyni zamanda millətimiz barədə yüksək fikir formalaşdırır. Qoy biziç ölkəmizə gələn turistlə hər kəsi baxımlı, yaraşıqlı və öz bədəninin dilini bilən müasir insanlar kimi yadda saxlasınlar”.

İlqar Əliyev əlavə edib ki, bu layihəni daha genişləndirmək fikri var:“İdeyalarımız böyükdür. İnanıram ki, dostlarımızın köməyi ilə başladığımız işi genişləndirəcəyik və bununla da cəmiyyətə müəyyən töhfələrimizi verə biləcəyik”.

Gecənin sonuna yaxın modellərə İlqar Əliyev tərəfindən diplomlar təqdim olunub. Gecə DJ Rullerlə davam edib.

Təqdimat mərasimindən çəkilən fotolar “Panemi Studio”ya aiddir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!