EventsFashion

M.Fashion school ilk məzun gününü keçirdi

Azərbaycanın ən böyük moda məktəbi  M.Fashion school ilk məzun gününü 23 aprel tarixində Holiday İnn otelində keçirdi .

Məzun günündə məktəbin 17 tələbəsi öz kolleksiya və əl işlərini nümayiş etdirdi. Ümumilikdə 60-a yaxın geyim nümayiş olundu.

Elecə də, məktəbin nəzdində keçirilən “Stil Məsləhətçisi “ və  “Passion for  Fashion” kimi layihələrinin  məzunları da sertifikatlarla təltif edilmişdilər. Ümumilikdə isə məktəb 28  tələbəsini ictimaiyyətə tanıtdı.Tədbirdə yerli məşhurlar, tanınmış bloggerlər, media nümayəndələri iştirak etdilər.

Tədbir Holiday inn otelin, Rive Gosh gözəllik salonunun, Tacco Per Tutti ayaqqabılarının, Pastel kosmetika, Azprint çap şirkəti , Ronin Agency və Nadiffa butik dəstəyi ilə həyata keçirilmişdir.

Məzun günü çərçivəsində  Luxout ,Yukhulu, Naveen, Aysha Huseyn, First Month, Sevart kimi yeni yaranmış yerli brendlər  öz kolleksiyalarını  satışa çıxardı .

Məzun gününün əsas məqsədi isə yeni  addım atan dizaynerləri kəşf etmək və onlara dəstək olmaqdır

Qeyd edək ki ,moda məktəbinin məzun günü ildə 2 dəfə keçiriləcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!