EventsMuğamMədəniyyətTəqdimat

“Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir

Martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan, Ukrayna və Belarusun vokal ustalarının birgə iştirakı ilə görkəmli italyan bəstəkarı Cakomo Puççininin  “Madam Batterflyay” operasının tamaşası keçiriləcəkdir.

Tamaşada əsas partiyanı Çio-Çio-San rolunu ifa etmək üçün Belarus Milli Akademik Böyük  Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələr laureatı Tatyana Qavrilova dəvət olunmuşdur. T.Qavrilova Çio-Çio-San partiyasının ən yaxşı ifaçılarından biri sayılır.

Şarples rolunda  Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin çıxış edəcəkdir.

Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro) və b. çıxış edəcəklər.

Opera tamaşasının dirijoru Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!