EventsTəqdimat

Madaqaskarı “Novruz Sevinci” bürüdü-FOTO-lar

Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi və Madagascar Əyləncə Mərkəzi yenidən bir araya gələrək uşaqları sevindirmək, onlara xoş bir gün bəxş etmək məqsədilə Madagascar Uşaq Əyləncə Mərkəzində “Novruz Sevinci” adlı konsert proqramı və milli adət – ənənəyə uyğun xüsusi Novruz tərtibatlı güşədə fotosessiya təşkil etdi.

Aparıcılar Ülviyyə Həsən qızı və Şirməmməd Hüseynov uşaqları və valideynləri salamladı, Novruz Bayramı haqqında uşaqlara məlumatlar verdi. Milli geyimdə tədbirə qatılan uşaqlar şeir, mahnı söylədilər.

Uşaqların sevimlisi “Meqas” qrupu və Mirabbas Babayev öz gözəl və şən ifaları ilə konsertə rəng qatdılar.

Dəcəl Balam Mərkəzinin rəhbəri Dilşad Musa qonaqları salamladı, bayramlarını təbrik etdi. “Meqas” qrupunu və Mirabbas Babayevi hər zaman dəstək və fəal iştirakına görə diplomla təltif etdi.

İştirak edən bütün qonaqlara ayrı- ayrı fotosessiya olundu.

Fotolar fotoqraf Fərqanə Qasımlıya məxsusdur. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!