EventsSəyahətTəqdimatƏn Son

“Made in Japan” Yaponiya mədəniyyət günü

Avqust ayının 21-i saat 14:00-da yapon.az saytının təşkilatçılığı ilə “Made in Japan” (Yaponiya mədəniyyəti günü) keçiriləcək.

Məqsəd Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və onlara daha çox məlumat çatdırmaqdır.

Mədəniyyət günündə tədbir iştirakçılarıYaponiyanın milli rəqsi, musiqisi, döyüş sənəti haqqında məlumatlandırılacaq.

Tədbirdə, həmçinin, oyunlar/yarışlar keçiriləcək, oriqami, suşi hazırlanacaq.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra iştirakçılar onları maraqlandıran stendlərə yaxınlaşa bilər.

 

Ünvan: Ibrahimpaşa Dadaşov 167, Az1010 Bakı, Azərbaycan, Azadlıq metrosunun yaxınlığı. 

“Made in Japan” tədbirinin proqramı:

Tədbir 14:00-da başlayır, asudə vaxt isə 15:30-dan 18:00-a kimi davam edəcək. Asudə vaxtda Yaponiya haqqında bilgi yarışı, cosplayerlər, skripkada canlı Yaponiya musiqiləri səslənəcək.

Asudə vaxtın yekununda bilet/kodlaşma və “Heroqlif yarışı”nın qalibləri mükafatlandırılacaq.

  • Tədbir haqqında ön söz (5 dəq); Yaponiya haqqında video çarx (5 dəq)
  • “Qeyri-adi Yaponiya” (Günel Yüzbaşova – 10 dəq)
  • Yaponiyanın milli rəqsi və Azərbaycanın milli rəqsinin sintezindən hazırlanan rəqs proqramı (rəqsi hazırlayan: Asiman Mütəllimova – 10 dəq)
  • “”Yaponsayağı”” həyat tərzi” (Nigar Əhmədova – 10 dəq)
  • “Özünümüdafiə texnikaları – Aikido” (Coşqun Kərimli – 10 dəq)
  • az-ın Yapon dili tələbələrinin ifasında musiqi (yapon dilində, 5 dəq)
  • Heroqlif yarışı və stendlər haqqında ümumi məlumat (5 dəq) 
  • Stendlər:
    • Oriqami/Oyuncaq stendi
    • Yukata – geyim stendi
    • Heroqlif yarışının stendi
    • Satış stendi
    • Suşi stendi
    • Kitabxana stendi© 21.08.2016 Yapon.az
    • Frame.az kollektivi bu tədbirdə iştirak etmişdir. Tədbirdən fotoları sizinlə bölüşürük…

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!