Sevimli restoranlar şəbəkəsinə Media Tur təşkil olunub

MADO Azərbaycan restoranlar şəbəkəsinə Media Tur təşkil olunub. Jurnalistlər MADO restoranlar şəbəkəsinin beş filialı ilə tanış olub, xidmət zallarında, həmçinin mətbəxdə iş prosesini müşahidə ediblər.

Şirkətin marketinq direktoru Kəmalə Allahverdiya 150 illik tarixə malik dondurma ənənəsini gələcəyə ötürməyi qarşısına məqsəd qoyan MADO Azərbaycan brendinin tarixi, şirkətin əsas missiyası, hədəfləri və Azərbaycan daxil olmaqla bütün ölkələrdə müştəri məmnuniyyəti əldə etmək üçün əsas diqqət edilən məqamlar, beynəlxalq idarəetmə sistemi haqqında məlumat verib. Qida Təhlükəsizliyi şöbəsinin müdiri Babək Məmmədov isə qida təhlükəsizliyi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Sonda xatirə fotosu çəkilib.

Daim sosial layihələr, xeyriyyə aksiyaları təşkil edən MADO  Azərbaycan mütəmadi olaraq Media Tur və açıq qapı günləri də təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, MADO – adı ilə bütövləşdirdiyi Maraş dondurmasını bütün dünyaya yaymağı və dünya səviyyəsində tanıtmağı qarşısına məqsəd qoyan restoranlar şəbəkəsidir.Azərbaycanda 2010-cu ildən fəaliyyətə başlamışdır. Hazırda 5 şöbəsi ilə xidmət göstərir.

Daha ətraflı:

www.mado.az

www.facebook.com/madoaz

www.instagram.com/madoazerbaycan

Frame.az

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: