MusiqiTəqdimat

Madonna bir milyon dollar müqabilində “Eurovision-2019” müsabiqəsində çıxış edəcək

Dünya şöhrətli pop-müğənni Madonna bir milyon dollar müqabilində Təl-Əvivdə “Eurovision” mahnı müsabiqəsində çıxış edəcək. Frame.az xəbər verir ki, “YNet” nəşrinin yazdığına görə, bu qonorarı ona milyarder Silvan Adams ödəyəcək.

Materialda deyilir ki, Adams müsabiqənin tərəfdaşı olmağı ona təklif etmiş İsrail Televiziya və Radio Yayımları Korporasiyası ilə danışıqlardan sonra bu addımı atıb.

Xatırladaq ki, 64-cü “Eurovision” beynəlxalq mahnı müsabiqəsi bu il mayın 14-18-də Təl-Əvivdə keçiriləcək. Azərbaycanı müsabiqədə “Truth” kompozisiyası ilə Çingiz Mustafayev təmsil edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!