Baku City CircuitFormula 1

“Maklaren” pilotları Azərbaycan Qran-Prisində 15 mövqe cərimələniblər

“Maklaren” komandasının Formula-1 pilotları – Fernando Alonso və Stoffel Vandornun hər biri Azərbaycan Qran-Prisinin start düzülüşündə 15 mövqe cərimələnib.

Sanksiyalar “Honda”nın güc qurğusunun turbokompressorlarının plandankənar əvəzlənməsi ilə bağlıdır. “Maklaren” mövsüm ərzində artıq altıncı dəfədir turbokompressorları dəyişir, halbuki müəyyən edilmiş limitə görə, güc qurğusunun hər bir komponenti çempionat ərzində yalnız dörd dəfə dəyişdirilə bilər.

F.Alonsonun bolidinə mövsüm ərzində dördüncü yeni daxili yanma mühərriki də qoyulub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!