Frame LifeMədəniyyətTəqdimat

Malayziya Perlis Universitetinin nümayəndə heyəti Odlar Yurdu Universitetində qonaq olub

Perlis əyalətinin şahzadəsi və Malayziya Perlis Universitetinin rektoru Hrh Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullail, tələbə və məzunların işləri üzrə vitse-kansler köməkçisi dos. Dr. Mohd Fo’ad Bin Sakdan, tələbə və məzunların işləri üzrə şöbə müdiri dos. Razli B. AhmadOdlar Yurdu Universitetinin qonağı olmuşdur.

Qonaqları Odlar Yurdu Universitetinin həmtəsisçisi professor Samir Vəliyev qəbul etdi, onları universitetdə görməkdən məmnunluğunu bildirdi. Samir Vəliyev Odlar Yurdu Universitetinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında qonaqlara dolğun məlumat verdi və qeyd etdi ki, tələbələr nəinki tədris prosesində, həmçinin universitetin sosial–ictimai həyatında da fəaldırlar və bu, rəhbərlik tərəfindən həmişə yüksək qiymətləndirilir. Eyni zamandaAzərbaycan ilə Malayziya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini qeyd edən və bu əlaqələrin təhsil sahəsinə də müsbət təsir etməsi arzusunu dilə gətirən S.VəliyevOdlar Yurdu Universitetinin dünyada aktual olan mövzuların peşəkarların dili ilə tələbələrə çatdırılmasına önəm verdiyini bildirib.

Görüş zamanı Azərbaycan və Malayziya  arasında olan dostluq əlaqələri, iki universitet arasındakı münasibətlərin genişləndirilməsi, eyni zamanda ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq sahələri haqda geniş müzakirələr aparılmışdır.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Tuanku Syed Faizuddin Putra İbni Tuanku Syed Sirajuddin Jamalullailöz növbəsində Malayziya və Azərbaycan arasında sürətlə inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrdən, Azərbaycanda gedən sürətli inkişaf prosesindən və əldə etdiyi uğurlardan söz açdı. O, Odlar Yurdu Universitetində olmaqdan məmnun olduğunu söylədi və iki universitet arasında təcrübə mübadiləsinin aparılması istiqamətində maraqlı olduqlarını qeyd etdi,həmçinin bu görüşün iki universitetin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Daha sonra iki universitetarasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanmışdır.Hər iki sənəddə universitetlər arasında tələbə-müəllim mübadiləsi və birgə təhsil proqramlarının təşkili nəzərdə tutulur.

Sonda Odlar Yurdu Universitetindən Malayziya Perlis Universitetininrəhbərliyinə xatirə hədiyyələri təqdim olundu. Qonaqlar da həmçinin Odlar Yurdu Universitetin rəhbərliyinə xatirə hədiyyələrini təqdim etdi.Görüşün yekunu olaraq, qonaqlar üçün Odlar Yurdu Universitetinə və Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən və İngiltərə tədris sisteminə uyğun təhsil verən British School in Baku” (BSB)-yaekskursiya təşkil olundu. Ekskursiya zamanı qonaqlar Odlar Yurdu Universitetinin Bakı şəhərinin mərkəzində müasir tələblərə cavab verən kampusu, ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş auditoriyaları, laboratoriya və fənn kabinetləri, akademik Zərifə Əliyeva adına tibb muzeyi, texnopark, konqres və toplantı mərkəzləri, kompüter zalı, müasir kitabxanası, yeməkxanaları, idman zalları, tibb məntəqəsi, stadionu ilə tanış oldular.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!