Maraqlı və ağlasığmaz təsadüfi hadisələr

Çətin izahediləsi faktlar alimləri həmişə düşünməyə vadar edir və çox vaxt bu faktların əksəriyyəti açılmamış qalır. Mistika və ya təsadüf olaraq onlar tarixdə həmişəlik həkk olunurlar. Bəlkə də nə vaxtsa bu tapmaca açılacaq və bütün elementləri öz yerini tutacaqlar.

Bir sözlə, tarixin fantastik deyil, real qanunauyğunluqları olan maraqlı və mistik hadisələri sizin ixtiyarınıza buraxırırıq. Yeganə bildiyimiz isə onların uydurma deyil həqiqətə söykənən hadisə olmaqlarıdır.

Avtomobilin öngörənliyi

Avstriya erçherçoqu Frans Ferdinand öz “A III118” dövlət qeydiyyat nişanlı avtomobilində qətlə yetirilmişdir. Onun serbiyalı tələbə Qavrila Prinsip tərəfindən öldürülməsi Birinci Dünya müharibəsinin başlanması üçün zəmin yaratdı. Bu müharibənin başa çatması isə 11-11-18, yəni 11 noyabr 1918-ci il tarixinə təsadüf edir. İngilis dilində sülh sözü də “Armistice” sözü kimi tərcümə edilir ki, onun da ilk hərfi A-dır. Çox müəmmalıdır, deyilmi?

Aydan salam

Amerikalı astronavt Nil Armstronqun Ay səthindən ilk sözləri bunlar olub: “Uğurlar sizə, cənab Qorski!”. Nil uşaq olan zaman tez-tez öz ərini məzəmmət edən qonşusu xanım Qorskidən bu sözləri eşidirdi: “Sən qadını məmnun edincə qonşu oğlan Aya uçacaq!”. Nilin seçdiyi yola görə qonşu xanım Qorskiyə, yoxsa öz taleyinə minnətdar olması bir müəmma olaraq qalır.

Əkizlər arasında sıx bağlılıq

Cim Lyuis və Cim Sprinqer doğulduqları andan bir birindən ayrı düşürlər. 1940-cı ildə qardaşları fərqli ailələr oğulluğa götürür. Ayrı düşmüş qardaşların ilk görüşü 39 il sonra baş tutur. Məlum olur ki hər iki qardaşa eyni ad verilib. Lakin bununla təəccüb doğuran təsadüflər bitmir.

Hər iki qardaş iki dəfə ailə qurur. Hətta həyat yoldaşlarının adları da eyni olur. Məlum olur ki hər iki qardaşın birinci xanımlarının adı Linda olur. Sonra əkizlər boşanır və yenidən Betti adlı qadınlarla ailə qururlar.

Onların hətta oğul uşaqlarının da adları eyni olur. Bundan başqa hər iki Cim eyni siqaret markasını bəyənmiş və eyni tip vərdişlərə malik olmuşlar. Əkiz qardaşların maşınlarının markası və rəngi də eyni imiş.

Con və Artur Moufort qardaşları da əkiz olmalarına baxmayaraq İngiltərədə bir-birindən 120 kilometr məsafədə yaşayırmışlar. 22 may 1975-ci ildə onların hər ikisi eyni zamanda sinələrində ağrı hiss edir və xəstəxanaya aparılırlar. Bir-birindən xəbərsiz əkiz qardaşların hər ikisi xəstəxanada ürək tutmasından dünyasını dəyişir.

Can borcunun ödənilməsi

Henri Ziqland əmin idi ki taleyini aldada biləcək. 1883-cü ildə o öz sevgilisindən ayrılır və qadın bu ayrılığa dözməyərək özünə qəsd edir. Qadının qardaşı kədər içində tüfəngi götürərək Henriyə atəş açır və hədəfə dəydiyini zənn edərək özünü öldürür. Lakin Henri sağ qalır. Güllə ehmalca üzünü cızaraq ağacın gövdəsinə girir.

Bir neçə il keçdikdən sonra Henri həmin ağacı kəsmək qərarına gəlir, lakin gövdə çox qalın olduğundan o buna müyəssər ola bilmir. Nəticədə Ziqland gövdəni bir neçə dinamit parçası ilə partlatmaq istəyir. Partlayış zamanı hələ də gövdədə ilişib qalmış güllə açılaraq Henrinin başına dəyir və onu yerindəcə həlak edir.

Unudulmuş ssenari

Aktyor Entoni Hopkins “Petrovkadan olan qız” filmində baş rola dəvət alır. Lakin Londonun heç bir kitab evində filmin ssenarisinin əsası olan bədii əsər tapılmır. O metroda evə qayıdarkən piştaxtada məhz həmin kitabı tapır. Kənarlarında qeydlər olan bu kitabı kimsə unudub gedibmiş.

İl yarım çəkilişlərdən sonra Hopkins romanın müəllifi ilə tanış olur. O da öz növbəsində gileylənir ki, kitabn son nüsxəsini öz qeydləri ilə birgə rejissora verir lakin o da onu metroda itirir…

Məşhur ad

Tragikomik hadisə bu yaxınlarda Sofiya şəhərində baş verib. Milko Stoyanov adlı oğru bir varlı vətədaşın evini müvəffəqiyyətlə yardıqdan sonra pəncərədən çıxaraq yağış suyu borusu ilə kimsəsiz bir küçəyə enməyə tələsir. İkinci mərtəbə səviyyəsində olan zaman polislərin fit səsi eşidilir. O özünü itirərərək aşağı yıxılır və bu an küçədən keçən bir oğlanın üstünə düşür.

Polis idarəsində müəyyən edilir ki, Milkonun üstünə yıxıldığı oğlan ev yaran bir oğru imiş və uzun sürən axtarışlardan sonra nəhayət ki polis onun izinə düşə bilibmiş Maraqlısı isə odur ki, ikinci oğrunun da adı Milko Stoyanov imiş.

Əkizlər və yük maşını

2002-ci ildə Finlandiyada 8 nömrəli şosseni öz velosipedində keçən bir kişini yük maşını vurur.

Bir neçə saat keçdikdən sonra onun əkiz qardaşı da eyni şosseni öz velosipedi ilə keçməyə cəhd edir və yük maşını ilə vurulur. Hər iki qardaş bir-birindən 1.5 kilometr məsafədə dünyalarını dəyişirlər.

“Bu mənim kitabımdır”

Amerikalı yazıçı Enn Perriş öz yoldaşı ilə Parisdə dolaşarkən bir kitab mağazasına rast gəlir və orada Cek Frost barədə kitabı görür. O öz yoldaşına deyir ki, uşaq vaxtı Cek Frost barədə kitabını çox sevirmiş.

Onlar mağazaya daxil olurlar və yazıçının əri kitabı əlinə götürüb vərəqləyərkən üst qabığının arxa tərəfində bu sözləri görür: “Enn Perriş, Veber-strit 209, Kolorado”.

Kral və restoranın sahibi

İtaliyanın kralı I Umberto balaca bir restorana gəlir. O burada öyrənir ki, o və restoranın sahibi eyni gündə, eyni şəhərdə anadan olublar və hər ikisinin xanımı Marqarita adlanır.

29 iyun 1900-cu ildə krala məruzə edirlər ki, restoranın sahibi küçədə güllələnib. Həmin gün də I Umberto qətlə yetirilir.

Romanın əvvəli və sonu

Romanın əsasını qoyan adamın adı Romuldur. Onun birinci imeratoru isə Avqust olub. Son imperator isə Romul Avqust adlı şəxs olub.

Ölüm hər an baş verə bilər.

49 yaşlı Cənubi Afrikalı astronom Dani dyu Tyua ölümün hər an baş verə biləcəyi barədə məruzə oxuyurmuş. Məruzəni bitirdikdən sonra isə cibindən nanəli konfet çıxararaq onu ağzına aparır. Bir neçə dəqiqədən sonra isə o bu konfetdən boğularaq dünyasını dəyişir.

Qəribə görüş

1895-ci ildə Ohayo ştatında cəmi iki avtomobil var imiş və bu hal da onlar bir biri ilə toqquşanadək davam edir.

Mark Tvenin öncədən dedikləri

Mark Tven 1835-ci ildə Qalley kometinin göründüyü vaxt dünyaya gəlib. 1909-cu ildə o bəyan edir ki, növbəti ildə komet yenidən peyda olduqda o da onunla gedəcək.

1910-cu ildə məhz kometin yenidən peyda olduğu vaxt o dünyasını dəyişir.

Görüş yerini dəyişmək olmaz

Keçən əsrin 30-cu illərində Detroyt şəhərinin sakini Cozef Fiqlok küçə ilə gedirmiş Bu an onunüstünə çoxmərtəbəli binadan yıxılan bir yaşında uşaq düşür. Unutqan ana pəncərəni bağlamağı unutmuşdu. Cozef və uşaq xəsarət almırlar.

Lakin tam bir ilk keçdikdən sonra yenidən Cozefin üstünə həmin artıq iki yaşlı uşaq düşür və bu dəfə də xəsarət alan olmur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: